http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

STM dövlət orqanlarının keyfiyyət göstəricilərini açıqlayıb

12 İyun 2023 , 10:35
STM dövlət orqanlarının keyfiyyət göstəricilərini açıqlayıb

Sosial Tədqiqatlar Mərkəzi (STM) dövlət orqanlarının keyfiyyət göstəricilərini açıqlayıb

Qiymətləndirmə zamanı həm kəmiyyət, həm də keyfiyyət əsaslı tədqiqatlardan istifadə edilib. 

"Operativ Media" xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi  “Dövlət orqanlarının göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsinə dair” analitik hesabatı açıqlayıb.

Hesabata görə, dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə keyfiyyət və məmnunluğun qiymətləndirilməsinin əsas məqsədi Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin dövlət orqanları və təsisatları tərəfindən yerinə yetirilməsinin müəyyən edilməsi, qanunvericilik və onun tətbiqi prosesində mövcud olan problemləri öyrənməklə əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, əhalinin məmnunluğunun artırılması üçün siyasətin müəyyən edilməsi istiqamətində təkliflər hazırlamaqdır.

Dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlər üzrə  keyfiyyət və məmunluğun qiymətləndirilməsi məqsədilə müxtəlif alətlərdən istifadə edilib. Qiymətləndirmə zamanı həm kəmiyyət, həm də keyfiyyət əsaslı tədqiqatlardan istifadə edilib. Göstərilən dövlət xidmətlərinin sayı 1147, o cümlədən elektron xidmətlərin sayı 567-dir. Tədqiqata başlayarakən Dövlət Xidmətləri Portalında 139 dövlət orqanı (qurumu) üzrə 1005 xidmətin, o cümlədən 501 elektron xidmətin  adı qeyd olunmuşdu. Ölkə üzrə maksimum əhatəliliyin təmin olunması üçün Naxçıvan MR və işğaldan azad edilmiş ərazilər istisna olmaqla bütün regionlar (iqtisadi rayonlar) seçmə çərçivəsinə daxil edilib.

Seçmə ümumölkə miqyasında və ayrı-ayrı parametrik göstəricilər üzrə ehtimallar irəli sürməyə imkan verəcək formada dizayn olunub. Ölkənin 14 iqtisadi rayonundan 12-si üzrə, 8-i respublika tabeli şəhər, 40-ı inzibati rayon olmaqla ümumilikdə 48 rayon və şəhərdə klasterlər müəyyən olunub. Məlumat bazasından 37 şəhər, 9 qəsəbə, 42 kənd olmaqla ümumilikdə 88 klaster xüsusi proqram vasitəsilə əhali sayına proporsional qaydada sorğu üçün seçilib.
Sorğulardada 2022-ci ilin birinci yarısı üzrə dövlət orqanlarının (qurumlarının) göstərdikləri xidmətlərdən istifadə etmək üçün müraciət edən 18 yaşından yuxarı respondentlər iştirak edib. Sorğu anketinə 10 əsas, 7 sosio-demoqrafik olmaqla ümumilikdə 17 sual daxil edilib. Sorğunun əsas suallar üzrə orta davametmə müddəti 8 dəqiqə 6 saniyə təşkil edib. Sorğu müasir texniki vasitələrdən və üsullardan istifadə edilməklə “SurveyToGo” proqramı ilə aparılıb.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB

Mişustin İran prezidenti ilə danışıqlar aparıb

Mişustin İran prezidenti ilə danışıqlar aparıb

Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

XƏBƏR LENTİ
  • 19:15

    Qalant: Hizbullaha qarşı müharibənin növbəti mərhələsi tezliklə başlayacaq
  • 19:12

    İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB
    İlham Əliyev Rusiya Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbərini qəbul edib - YENİLƏNİB
  • 19:03

    İsrail tezliklə Livanda quru əməliyyatına başlaya bilər
  • 19:01

    Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutdu
  • 18:49

    Putin “Crocus City Hall”un iki əməkdaşına fədakarlıqlarına görə təşəkkür edib
  • 18:45

    Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB
    Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB
  • 18:35

    İcma: Cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə yönəlmiş çağırışlarını tam dəstəkləyirik
    İcma: Cənab Prezidentin ədalətin bərpasına, xalqımızın birliyinə yönəlmiş çağırışlarını tam dəstəkləyirik
  • 18:16

    Peskov: Ukrayna Silahlı Qüvvələri xüsusi olaraq hərbi müxbirlərimizi məhv etmək istəyir
Menyu