http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

"Fənərbağça"da baş məşqçi namizədləri - SİYAHI

12 İyun 2023 , 16:12
"Fənərbağça"da baş məşqçi namizədləri - SİYAHI

"Fənərbağça"nın baş məşqçisi Jorje Jesus Türkiyə Kuboku qalibiyyətindən sonra, "Bu gündən etibarən sərbəst məşqçiyəm. Başqa macəralar axtaracağam" deyərək klubla vidalaşıb.

 Portuqaliyalı çalışdırıcının gedişindən xəbərdar olan “Fənərbağça” rəhbərliyinin yeni məşqçi axtarışlarına başladığı bildirilir. 

"Operativ Media" "Spor Arena"ya istinadən xəbər verir ki, "Fənərbağça"nın siyahısında baş məşqçi postuna 5 namizəd var: Vinçenzo Montella, Abdullah Avcı, Mirça Luçesku, Sergen Yalçın və Yoahim Löv.

Vinçenzo Montella: Jorje Jesusla yollarını ayıracağı təqdirdə, Vinçenso Montella məşqçilik rolu üçün ən çox danışılan addır. 2021-ci ilin sentyabr ayından çalışdırdığı “Adana Dəmirspor”da uğurlu çıxışı ilə yanaşı, Samet Akaydın, Tayyip Talha Sanuç kimi oyunçuları aşkarlaması, təvazökar xasiyyəti və futbolçularla sağlam münasibətləri 48 yaşlı məşqçini nazmizədlər arasında ilk sıraya daşıyır.

Abdullah Avcı: Vincenzo Montelladan sonra danışılan ikinci ad Abdullah Avcıdır. "İstanbul Böyükşəhər Belediyespor", A Milli Komanda, "Başakşəhər" və "Beşiktaş" ilə təcrübəsindən sonra "Trabzonspor"u Super Liqa çempionluğuna aparan 59 yaşlı Avcı "Fənərbağça" baş məşqçiliyi üçün lazım olan bilik və təcrübəyə malikdir.

Mirça Luçesku: Jorje Jesusu əvəzləyəcəyi haqqında danışılan üçüncü ad Mirça Luçeskudur. Keçmişdə “Qalatasaray”, “Beşiktaş” və Milli komandada çalışmış Kiyev “Dinamo”sunun rumıniyalı çalışdırıcısının gəlməyi zəif ehtimal olsa da, namizədlər sırasındadır. 77 yaşlı rumıniyalı məşqçinin Kiyev “Dinamo”su ilə müqaviləsi 2024-cü ildə başa çatır.
Sergen Yalçın: Yerli məşqçilər arasında Sergen Yalçın da "Fənərbağça"ya rəhbərlik edə biləcək adlar arasındadır. "Beşiktaş"ı çempion etdikdən sonra "ağ-qaralar"dan ayrılan və o gündən bu yana heç bir komanda çalışdırmayan Yalçının əvvəlki dövrlərdə "Fənərbağça" ilə masa arxasına oturduğu iddia edilib.
Yoahim Löv: "Sarı-lacıvertli" klubun siyahısında olması gözlənilən son məşqçi Yoahim Lövdür. “Fənərbağça” hər dəfə məşqçi axtarışında olanda Kadıköydə futbolu ələ keçirəcəyini deyən alman məşqçi ötən mövsüm Jorje Jesusla müqavilə imzalamadan əvvəl ən son olaraq Ali Koçla masa arxasına oturmuşdu.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutdu

Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutdu

Sabiq italyan futbolçu otel otağında ölü tapıldı

Sabiq italyan futbolçu otel otağında ölü tapıldı

"Real Madrid"in belçikalı qapıçısı zədələnib

"Real Madrid"in belçikalı qapıçısı zədələnib

XƏBƏR LENTİ
  • 21:11

    Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik
  • 21:07

    Dörd rayonun qaz verilişində məhdudiyyətlər olacaq
  • 20:57

    Borrell Qərb silahlarının Rusiya hava limanlarına zərbə endirməsinə icazə verməyə çağırıb
  • 20:54

    YAP Xətai və Nərimanov rayon təşkilatlarının sədrləri vəzifələrindən azad olunublar
  • 20:33

    İsrail ordusu Hizbullahın yer-hava raketlərini vurduğunu bildirib
  • 20:08

    İsrail ABŞ ilə məsləhətləşmələrdən sonra Livandakı əməliyyatının miqyasını azaldacaq
  • 19:40

    Rusiyanın Baş naziri Mişustin Ermənistana səfər edib
  • 19:15

    Qalant: Hizbullaha qarşı müharibənin növbəti mərhələsi tezliklə başlayacaq
Menyu