http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Xəstəxanalarda növbə problemi nə vaxt həll ediləcək?

13 İyun 2023 , 20:01
Xəstəxanalarda növbə problemi nə vaxt həll ediləcək?

İcbari tibbi sığortanın tətbiqindən sonra dövlət tibb müəssisələrinə axın artıb. Bu isə poliklinika və xəstəxanalarda hər gün sıxlığa səbəb olur.

"Operativ Media" sıxlığın səbəbini və nə vaxt növbə sisteminin fəaliyyətə başlayacağını araşdırıb.

Bir neçə tibb müəssəsində apardığımız müşahidələr onu deyir ki, vətəndaşlar xidmətlərdən yararlanmaq üçün saatlarla, bəzən isə günlərlə gözləməli olurlar. Sakinlər deyir ki, sıxlığın əsas səbəbi növbə cədvəlinin olmamasıdır.

"Bəzən bir həkimi 1 saat gözləyirsən. Sonra biri gəlir ki, mən uşaqlıyam keçim. Növbə qarşır onda"
"Mən səhər gəlirəm tez növbə tutum. Saat 12 də gəldinsə növbə çox olur. Lap burdakı növbə də bitər. Amma baxırsan ki, kənardan kimsə gəldi növbəsiz girdi."

Vətəndaşların fikrincə növbəlilik özəl klinikalarda olduğu kimi təşkil edilsə yaxşı olar.

"Nə olar ki, bir aparat qoysalar. ASAN xidmət kimi gələn növbəsini götürüb getsin"

Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşlar ailə həkiminə müraciət zərurəti olmadığından birbaşa ixtisaslı həkimlərə müraciət edirlər. Bu da insturmental-laborator müayinələrin artmasına və kifayət qədər çox növbənin yaranmasına səbəb olur. Bundan başqa, növbələr planlı xidmətlər üçün yaranır, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müraciətlər isə növbəsiz şəkildə qəbul olunur. Qurumdan həmçinin qeyd edildi ki, böyük tibb mərkəzlərində növbə sistemi artıq qurulub və qeydiyyatçıların sayı artırılıb. “E təbib” tətbiqi isə randevu və onlayn qeydiyyat sistemini tənzimləməyə hesablanıb.

OXŞAR XƏBƏRLƏR
Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 16:27

    Mikayıl Cabbarov Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru ilə görüşüb
  • 16:24

    Ətraf mühiti çirkləndirən şəxslər barəsində tədbir görülüb
  • 16:17

    Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
  • 16:09

    Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
    Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • 15:48

    Nərimanov rayon prokurorluğunun yeni inzibati binasının açılışı olub
  • 15:46

    Qərbi Azərbaycan İcması bəyanat yayıb
  • 15:42

    Bakıda 64 minə yaxın mülkiyyətin dövlət qeydiyyatı aparılıb
  • 15:26

    Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi
Menyu