http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında Vaşinqtonda keçiriləcək növbəti danışıqları səbirsizliklə gözləyirik

14 İyun 2023 , 07:09
Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında Vaşinqtonda keçiriləcək növbəti danışıqları səbirsizliklə gözləyirik

"Biz Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçiriləcək danışıqların növbəti raundunu səbirsizliklə gözləyirik".

"Operativ Media" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi növbəti brifinqdə deyib.

Onun sözlərinə görə, razılaşma əldə oluna bilər.

"Əvvəlcə dediyimiz kimi, biz hesab edirik ki, qalan məsələlərin həlli üçün birbaşa dialoq əsasdır. Hesab edirik ki, razılıq əldə edilə bilər. Təəssüf ki, bu görüş (əvvəllər nəzərdə tutulmuşdu - red.) planlaşdırma ilə bağlı problemlərə görə baş tutmadı və biz yeni tarix təyin etməyi səbirsizliklə gözləyirik”, - Miller əlavə edib.

Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi növbəti görüşün dəqiq tarixinin müəyyənləşdirilməsi istiqamətində iş aparıldığını bəyan etmişdi. Nazirliyin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə qeyd edib ki, bir qayda olaraq, görüşün dəqiq tarixinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün iyunda Vaşinqtonda keçirilməsi planlaşdırılırdı.

Xatırladaq ki, 1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər. Nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

İranın birinci vitse-prezidenti Ermənistana səfərə gedib

İranın birinci vitse-prezidenti Ermənistana səfərə gedib

Bayden: Bizə indi atəşkəs lazımdır

Bayden: Bizə indi atəşkəs lazımdır

XƏBƏR LENTİ
  • 11:12

    NİİM: 8 Noyabr prospektində elektrik təchizatı kəsilib, işıqforlar işləmir
  • 11:10

    Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib
  • 11:08

    Azərbaycan nefti bahalaşıb
  • 10:56

    Vahid Ələkbərovun sərvəti artıb
  • 10:51

    FHN Gəncədə qanunsuz tikililəri söküb
  • 10:42

    "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
  • 10:41

    Frank De Bleker "Neftçi" - "Sumqayıt" matçının mübahisəli epizodlarını şərh edib
  • 10:38

    ABŞ-də "Helen" qasırğası nəticəsində ölənlərin sayı 130-u ötüb
Menyu