http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

İlham Əliyev: Azərbaycan Əlcazairin tarixinə əbədi olaraq həkk olunmuşdur

01 Noyabr 2022 , 19:30
İlham Əliyev: Azərbaycan Əlcazairin tarixinə əbədi olaraq həkk olunmuşdur

"Amansız müstəmləkə əsarətindən qurtulmaq üçün başlanılan azadlıq və müstəqillik mübarizəsi Əlcəzair xalqının böyük şücaətinin, birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunmuşdur".

"Operativ Media" xəbər verir ki, bu sözləri Əlcəzairdə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Milli Mücahidlər Muzeyinin xatirə kitabına yazıb.

Prezident qeyd edib ki, Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleksdir:

"Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir".

5 iyul 1982-ci ildə Əlcəzair Prezidenti Əş-Şazli bin Cədid tərəfindən açılışı olan muzey xalqın mübarizəsini əbədiləşdirmək məqsədilə tikilib. Müstəmləkəçiliyə qarşı mübarizənin əşyalarını və xatirələrini toplamaq, qorumaq və nümayiş etdirmək əsas məqsədlərdən biridir.

Kolleksiyanın böyük hissəsini Fransa işğalına (1830-1962) qarşı Əlcəzair xalqının azadlıq mübarizəsini əks etdirən silahlar, döyüş əşyaları, arxiv sənədləri, fotoşəkillər, hesabatlar və s. təşkil edir. Muzeydə manikenlərlə səhnələşdirilmiş hadisələr fransızların Əlcəzair xalqına qarşı törətdiyi müharibə və insanlıq əleyhinə cinayətləri təcəssüm etdirir.

Muzey Əlcəzair körfəzinə baxan strateji Hamma yaylasında ucaldılmış Şəhidlər Abidəsinin (Makam el Chahid - bir hektar ərazidə yerləşir, yuxarı və aşağı hissədən ibarətdir) altında yaradılıb və dörd hissədən ibarətdir. Xalq Müqaviməti (1830-1919), Müstəmləkəçilik siyasəti, Milli Hərəkat (1919-1954) və Azadlıq Müharibəsi (1954-1962) ayrı-ayrılıqda təqdim olunur.

Muzeyin aşağı mərtəbəsi günbəzli ziyarətgahdır, divarlarına Quran ayələri həkk olunub.

Azadlıq və şərəf uğrunda mübarizəyə dair açıq kitab adlandırılan muzeydə fotolar xronoloji ardıcıllıqla nümayiş etdirilir və cari ilin 6 ayı ərzində 140 min ziyarətçisi olub.

Ənənəyə görə muzeyi ziyarət edən rəsmi şəxslər muzeyə hədiyyə təqdim edir və həmin hədiyyə sonradan muzeydə xüsusi yaradılmış guşədə nümayiş etdirilir. Muzey rəhbərliyi də öz növbəsində rəsmi qonağa hədiyyə (adətən kitab və Əlcəzair bayrağının rənglərində şərf) təqdim edir.

Rəsmi qonaqlar muzeydə qoyulmuş kitaba ürək sözlərini yazırlar (ərəb, fransız və ya ingilis dilində).

OXŞAR XƏBƏRLƏR
BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Pezeşkian Nyu-Yorka səfər edəcək

Pezeşkian Nyu-Yorka səfər edəcək

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu