http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Bakı metrosu yay qrafikinə keçir

14 İyun 2023 , 15:37
Bakı metrosu yay qrafikinə keçir

Aparılmış monitorinqlər əsasında sərnişin sayının azalması, o cümlədən tədris mövsümünün, başa çatması, habelə yay istirahəti dövrünün başlanması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək.

"Operativ Media" xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, yeni tədris mövsümünün əvvəlinə qədər qüvvədə qalacaq qrafikə uyğun, sərnişinlərin əsas axın saatlarında – hər iş günü saat 07:00-dan saat 21:00-a qədər “Həzi Aslanov-28 May” sahəsində və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval 2,5 dəqiqə təşkil edəcək. Sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru qatarlar arasında interval 3 dəqiqə və daha çox olacaq.

Qırmızı və Yaşıl xətlərin “28 May” stansiyasında birləşməsini nəzərə alaraq, “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar iki dəfə artıq intervalla hərəkət edəcək.

Şənbə və bazar, eləcə də bayram günlərində qatarlar arasında interval saat 07:00-dan 21:00-a qədər 3 dəqiqə olmaqla tənzimlənəcək.

Bununla belə, sərnişin axını və istiqamətləri, eləcə də sərnişindaşımanın tənzimlənməsinə təsir göstərən digər bütün amillər nəzərə alınacaq. Bu məqsədlə monitorinqlər gün ərzində davam etdirilməklə, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq.

Bənövşəyi xətdə və “Xətai-Cəfər Cabbarlı” mənzilində qatarların hərəkət qrafikinə dəyişiklik tətbiq olunmayacaq.

Xətlərin “28 May” stansiyasında birləşməsi və elektrik deposunun xəttin sonunda yerləşməməsi səbəbilə günün müəyyən vaxtlarında sərnişinlər “Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın “Dərnəgül” və yaxud “İçərişəhər” istiqamətində hərəkətini müşahidə edir və bir qədər böyük intervalla rastlaşırlar. Bu, qatarların texniki qulluq məqsədilə “Nərimanov” stansiyasından elektrik deposuna yola salınması və həmçinin “Bakmil” stansiyasından xəttə daxil olması ilə əlaqədardır.

Sərnişinlərin marağı nəzərə alınaraq, “Bakmil” stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi saytının müvafiq bölməsində dərc olunur.

OXŞAR XƏBƏRLƏR
AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq edib

AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq edib

Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU

Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU

MÜTDA: Müəllimlər günü ilə əlaqədar pul yığılması yolverilməzdir

MÜTDA: Müəllimlər günü ilə əlaqədar pul yığılması yolverilməzdir

XƏBƏR LENTİ
  • 13:29

    AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq edib
  • 13:21

    Kamran Əliyev Albaniyanın Baş prokuroru Olsian Çelanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
  • 13:12

    Bakıda orta aylıq nominal əməkhaqqı 7 %-dən çox artıb
  • 13:06

    "Qarabağ"ın oyunu yunan hakimlərə tapşırıldı
  • 12:56

    Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU
    Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU
  • 12:44

    MÜTDA: Müəllimlər günü ilə əlaqədar pul yığılması yolverilməzdir
  • 12:27

    Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
  • 12:23

    Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
Menyu