http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Bakıda MDB-nin paytaxt polis rəislərinin iclası keçirilib  

14 İyun 2023 , 16:15
Bakıda MDB-nin paytaxt polis rəislərinin iclası keçirilib  

İyunun 14-də Daxili İşlər Nazirliyində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanlarının paytaxt qurumları rəhbərlərinin növbəti iclası keçirilib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Tədbiri giriş sözü ilə açan daxili işlər naziri qonaqları salamlayıb, iclasın işinə uğurlar arzulayıb. O, gündəlikdəki bütün məsələlərin aktuallığını, onların daxili işlər orqanlarının qarşısında duran, günümüzün reallıqları ilə uzlaşan vəzifələrə uyğun olduğunu qeyd edib, paytaxt şəhərlərində təhlükəsizliyin təminolunmasına, cinayətkarlığa qarşı mübarizənineffektivliyinin artırılmasına həsr olunmuş müzakirələrinəməkdaşlığın daha da intensivləşməsinə və genişləndirilməsinə yeni impuls verəcəyinə əminliyini bildirib.  

Daha sonra cənab V.Eyvazov iclas iştirakçılarına respublikadakı kriminogen durum, həyata keçirilən tədbirlər barədə məlumat verib və bildirib ki, cinayətkarlığın qarşısının alınması və açılması işinin effektiv təşkili, ictimai asayişin və təhlükəsizliyin etibarlı təmini ölkələrimizin və xalqlarımızın mənafeyinə xidmət edir. Bu məqsədlərə çatmaq üçün birgə səylər daha da gücləndirilməli, məqsədyönlü və davamlı olmalıdır.

Qonaqların nəzərinə çatdırılıb ki, hərtərəfli islahatlar vəmodernləşmə cinayətkarlığın, onun transmilli mütəşəkkilnövlərinin təhdidlərinə qarşı adekvat cavab tədbirləriningörülməsinə imkan verir. O da bildirilib ki, cinayətkarlığaqarşı mübarizədə, ictimai qaydanın qorunmasında, ictimaitəhlükəsizliyin təmin edilməsində əldə olunan müsbətnəticələrin məntiqi nəticəsi olaraq, Azərbaycan özünün sabit və təhlükəsiz ölkə imicini təsdiqləyib. Onun paytaxtı Bakışəhəri beynəlxalq əhəmiyyətli siyasi, mədəni və idmantədbirlərinin, o cümlədən zirvə görüşlərinin, konfransların, humanitar forumların, dünya və Avropa çempionatlarınınkeçirildiyi məkana çevrilib. ​

Mövcud problemlərə toxunan daxili işlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, yeni təhdid və çağırışlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb. 

Çıxışının sonunda general-polkovnik Vilayət Eyvazov iclasda aparılacaq müzakirələrin əməkdaşlıq əlaqələrinidaha da möhkəmləndirəcəyinə, iştirakçılara özhəmkarlarının təcrübəsindən faydalanmaq imkanı, bütövlükdə, cinayətkarlığa qarşı mübarizəyə layiqli töhfələrverəcəyinə əmin olduğunu bildirib.

İclas iştirakçıları xatirə şəkli çəkdirib.

İşçi qaydada davam etdirilən iclasda əməkdaşlığın prioritet istiqamətləri və perspektivləri, narkotiklərin qanunsuz dövriyəsi, kibercinayətkarlıq, habelə transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə, informasiya mübadiləsinin intensivləşdirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Tədbirin sonunda növbəti iclasın Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilməsi qərara alınıb.

OXŞAR XƏBƏRLƏR
Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU

Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU

MÜTDA: Müəllimlər günü ilə əlaqədar pul yığılması yolverilməzdir

MÜTDA: Müəllimlər günü ilə əlaqədar pul yığılması yolverilməzdir

Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib

XƏBƏR LENTİ
  • 13:21

    Kamran Əliyev Albaniyanın Baş prokuroru Olsian Çelanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
  • 13:12

    Bakıda orta aylıq nominal əməkhaqqı 7 %-dən çox artıb
  • 13:06

    "Qarabağ"ın oyunu yunan hakimlərə tapşırıldı
  • 12:56

    Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU
    Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU
  • 12:44

    MÜTDA: Müəllimlər günü ilə əlaqədar pul yığılması yolverilməzdir
  • 12:27

    Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
  • 12:23

    Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
  • 12:22

    Azərbaycan millisinin Slovakiya ilə oyununun biletləri satışa çıxarıldı
Menyu