http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Qlobal bahalaşma nə vaxta kimi davam edəcək?

16 İyun 2023 , 16:37
Qlobal bahalaşma nə vaxta kimi davam edəcək?

Dünyanın böyük şəhərlərində enerji, ərzaq və metalların əmtəə qiymətləri son bir il ərzində yerli valyutada orta hesabla 8,1% artıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Ekonomiks" nəşri araşdırma aparıb.

Araşdırmada qeyd edilir ki, qiymətlərin artmasına səbəb 1 ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsidir.

Ötən ildən bu yana enerji qiymətləri Qərbi Avropada orta hesabla 29%, qlobal miqyasda isə 11% artıb.  Bununla yanaşı qida məhsullarının də qiyməti qalxıb. Qeyd edilib ki, hər iki ölkə (red- Rusiya, Ukrayna) dənli bitkilər, toxumlar və gübrələrin mühüm istehsalçılarıdır. 

Araşdırmada Koronavirus Pandemiyasının da qlobal təchizat zəncirlərinə böyük təsiri vurğulanıb. Ümumilikdə, 170-dən çox şəhərdə 200-dən çox məhsul və xidmətin qiymətlərini müqayisə edən sorğu göstərir ki, yaşayış minimumu ən azı 20 il ərzində çox sürətlə artmaqdadır. 

2014-cü ildən 2019-cu ilə qədər Sinqapur dünyanın ən bahalı şəhəridir. (Paris 2020-ci ildə, Təl-Əviv isə 2021-ci ildə liderliyi qoruyur) .Bahalaşma özünü Amerikada da biruzə verir. İlk 10 şəhərlər siyahısına Atlanta və Boston da daxildir. 

Ən çox bahalaşma olan şəhərlər arasında Rusiyanın şəhərləri də var. Bunlar Sank Peterburq və Moskva şəhərləridir. Rusiya-Ukrayna müharibəsindən sonra Qərbin tətbiq etdiyi sanksiyalar yerli qiymətləri artırıb , Moskvada yerli valyuta ilə ifadədə hazırda inflyasiya 17,1% (illik), Sankt-Peterburqda isə 19,4%-ə çatıb.

Araşdırmada qeyd edilib ki, Rusiya-Ukrayna cəbhəsində vəziyyət stabilləşərsə gələn il enerji, ərzaq və metalların əmtəə qiymətlərinin aşağı düşəcəyini proqnozlaşdırır.

OXŞAR XƏBƏRLƏR
İran İsrailə ballistik raket hücumu ilə bağlı ABŞ-a xəbərdarlıq etmədiyini bildirib

İran İsrailə ballistik raket hücumu ilə bağlı ABŞ-a xəbərdarlıq etmədiyini bildirib

Ağ Ev: ABŞ HDQ-nin gəmiləri İranın hücumunun dəf olunmasında iştirak edib

Ağ Ev: ABŞ HDQ-nin gəmiləri İranın hücumunun dəf olunmasında iştirak edib

BMT baş katibi Yaxın Şərq münaqişəsinin genişləndirilməsini pisləyib

BMT baş katibi Yaxın Şərq münaqişəsinin genişləndirilməsini pisləyib

XƏBƏR LENTİ
  • 23:30

    XİN: Əgər ABŞ tərəfi ədalətli mövqe nümayiş etdirmək istəyirsə, Ermənistanın törətdiyi çoxsaylı cinayətlərin araşdırılmasını tələb etməlidir.
    XİN: Əgər ABŞ tərəfi ədalətli mövqe nümayiş etdirmək istəyirsə, Ermənistanın törətdiyi çoxsaylı cinayətlərin araşdırılmasını tələb etməlidir.
  • 23:20

    İran İsrailə ballistik raket hücumu ilə bağlı ABŞ-a xəbərdarlıq etmədiyini bildirib
  • 23:10

    Ağ Ev: ABŞ HDQ-nin gəmiləri İranın hücumunun dəf olunmasında iştirak edib
  • 23:05

    BMT baş katibi Yaxın Şərq münaqişəsinin genişləndirilməsini pisləyib
  • 22:55

    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
  • 22:20

    Almaniya XİN: İranın İsrailə ballistik raket hücumunu pisləyirik
  • 22:14

    BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
  • 22:08

    İran raket hücumu zamanı İsrailin 20-dən çox F-35 təyyarəsini vurub
Menyu