http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 15 ° C

Rüstəm Minnixanov Zəngilan şəhərində görülən işlərlə tanış olub

17 İyun 2023 , 13:18
Rüstəm Minnixanov Zəngilan şəhərində görülən işlərlə tanış olub

İyunun 17-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan şəhərində görülən işlərlə tanış olub.

"Operativ Media" xəbər verir ki, əvvəlcə Rüstəm Minnixanova Zəngilan şəhərindəki Konqres Mərkəzinin tikintisi ilə bağlı məlumat verilib.

Bildirilib ki, Konqres Mərkəzinin layihələndirilən ərazisi 2,2 hektardır. Burada Mərkəzin binası ilə yanaşı, restoran, pavilyon da inşa olunur. Konqres Mərkəzi 605 yerlikdir. Buradakı restoranın isə 240 yerlik olması nəzərdə tutulub. Bu ərazidə müvafiq yaşıllıq zonaları salınacaq, avtomobillər üçün yerüstü parklanma sahəsi yaradılacaq.

Qeyd olunub ki, ekoloji memarlıq konsepsiyasına əsasən Mərkəzin damı yaşıllıq zolağı və günəş panelləri ilə əhatə ediləcək. Konqres Mərkəzində beynəlxalq və ölkə səviyyəli müxtəlif tədbirlər keçiriləcək.

Sonra Tatarıstanın Rəisi Zəngilan məscidinin tikintisi ilə tanış olub.

Bildirilib ki, Zəngilan məscidi “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunur. Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində digər ərazilərimizdə olduğu kimi, Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz vandalizmə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə olunub. Rayonun işğaldan azad edilməsi nəticəsində buradakı tarixi, memarlıq abidələri də erməni əsarətindən qurtulub.

Otuz ilə yaxın işğal dövründə dağıdılan, təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesində Heydər Əliyev Fondu müstəsna xidmət göstərir. Qarabağdakı dini abidələrin, məscidlərin bərpası işləri sürətlə davam etdirilir.

Məlumat verilib ki, Zəngilan məscidinin bərpasının təməl daşı dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci il aprelin 26-da qoyulub, bərpa işləri fasiləsiz həyata keçirilir.

Tatarıstanın Rəisi Zəngilan şəhərini gəzərək ermənilər tərəfindən törədilmiş dağıntılarla tanış olub.

OXŞAR XƏBƏRLƏR
XİN: Əgər ABŞ ədalətli mövqe nümayiş etdirmək istəyirsə, Ermənistanın törətdiyi cinayətlərin araşdırılmasını tələb etməlidir

XİN: Əgər ABŞ ədalətli mövqe nümayiş etdirmək istəyirsə, Ermənistanın törətdiyi cinayətlərin araşdırılmasını tələb etməlidir

Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

Borrell yeni baş katibin rəhbərliyi altında NATO-Aİ tərəfdaşlığını gücləndirməyə ümid edir

Borrell yeni baş katibin rəhbərliyi altında NATO-Aİ tərəfdaşlığını gücləndirməyə ümid edir

XƏBƏR LENTİ
  • Dünən
    23:30

    XİN: Əgər ABŞ ədalətli mövqe nümayiş etdirmək istəyirsə, Ermənistanın törətdiyi cinayətlərin araşdırılmasını tələb etməlidir
    XİN: Əgər ABŞ ədalətli mövqe nümayiş etdirmək istəyirsə, Ermənistanın törətdiyi cinayətlərin araşdırılmasını tələb etməlidir
  • Dünən
    23:20

    İran İsrailə ballistik raket hücumu ilə bağlı ABŞ-a xəbərdarlıq etmədiyini bildirib
  • Dünən
    23:10

    Ağ Ev: ABŞ HDQ-nin gəmiləri İranın hücumunun dəf olunmasında iştirak edib
  • Dünən
    23:05

    BMT baş katibi Yaxın Şərq münaqişəsinin genişləndirilməsini pisləyib
  • Dünən
    22:55

    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
  • Dünən
    22:20

    Almaniya XİN: İranın İsrailə ballistik raket hücumunu pisləyirik
  • Dünən
    22:14

    BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
  • Dünən
    22:08

    İran raket hücumu zamanı İsrailin 20-dən çox F-35 təyyarəsini vurub
Menyu