http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Qurban Qurbanov: "Yankoviç və Musa ilə maraqlanırlar"

19 İyun 2023 , 17:08
Qurban Qurbanov: "Yankoviç və Musa ilə maraqlanırlar"

"Yankoviç və Musa Qurbanlı ilə maraqlanırlar”.

"Operativ Media" xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Musanın “Zalsburq”a, yarımmüdafiəçi Marko Yankoviçin isə “Ural”a keçəcəyi ilə bağlı xəbərlər barəsində “CBC Sport”a açıqlamasında deyib.

51 yaşlı mütəxəssis sözügedən oyunçularla bağlı rəsmi təklif almadıqlarını bildirib: “Rəsmi olmayanda ətraflı məlumat vermirəm. Bilsək ki, yerli futbolçuların kənarda inkişaf etmək imkanı var və ölkə futboluna faydası daha çox olar, onlara gələn təkliflərə “yox” deməməyə çalışırıq. Yankoviçə gəlincə, komandamızda elə də çox oyun keçirməyib. Cəmi 1 ildir bizimlədir. Əsas oyunçularımızdan biridir. Özünə ciddi təklif ola bilər, amma klubla hər hansı danışıq olmayıb”.

Transfer məsələsinə də toxunan Qurbanov hücum xəttini gücləndirmək istədiklərini söyləyib: “Keyfiyyəti də yaxşılaşdırmaq istəyirik. Hücum xəttinə minimum 2 oyunçu alınmasını istərdim. Danışıqlar davam edir, aktiv çalışırıq. Siyahıda bir çox ölkə çempionatında çıxış edən forvardların adı var”.

OXŞAR XƏBƏRLƏR
Çempionlar Liqasında II tura yekun vurulacaq

Çempionlar Liqasında II tura yekun vurulacaq

Massimiliano Alleqri "Mançester Yunayted"i çalışdıra bilər

Massimiliano Alleqri "Mançester Yunayted"i çalışdıra bilər

Konfrans Liqası: "Başakşəhər" "Rapid"ə qarşı

Konfrans Liqası: "Başakşəhər" "Rapid"ə qarşı

XƏBƏR LENTİ
  • 12:01

    Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb
  • 11:55

    FHN Şəmkirdə mülki müdafiə məşqi keçirib
  • 11:51

    KİV: İranın hücumu nəticəsində İsrailin mərkəzində 100 evə ziyan dəyib
  • 11:49

    İcma: ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa çağırırıq
  • 11:31

    İsrailin şimalında bir saat ərzində altı dəfə hava hücumu xəbərdarlığı səslənib
  • 11:29

    Kamran Əliyev Qazaxıstanın Baş prokuroru Timur Taşınbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
  • 11:26

    Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib
  • 11:23

    Bakıda Müstəqil Dövlətlər Birliyi ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 38-ci iclası keçirilib
Menyu