http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Dərmanların qiyməti niyə bahadır?-Nazir müavini açıqladı

20 İyun 2023 , 13:33
Dərmanların qiyməti niyə bahadır?-Nazir müavini açıqladı

Azərbaycanda da müəyyən ölkələrlə müqayisədə bahadır. Amma bu ölkələrin sayı çox deyil.

"Operativ Media" nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.

O qeyd edib ki, Azərbaycanda dərman qiymətləri ən çox Türkiyə ilə müqayisə edilir.

“Türkiyənin dərmanlarının 80 faizindən çox hissəsi özünün daxili istehsalıdır. Bundan əlavə qiymətlərlə bağlı yanaşma fərqlidir. Misal üçün Türkiyədə bir avro 26 tl-dirdə, dərman qiymətləri üçün 11 tl göstərilir. Yəni 50 faizə qədəri dövlət dotasiyası hesabına ödənilir”, - deyə o qeyd edib.

R.İsmayılov vurğulayıb ki, dərman qiymətlərinin tənzimlənməsi mexanizmi ilə bağlı çox ciddi müzakirələr gedir.

“Bizim müvafiq qurumlarla çox ciddi müzakirələrimiz gedir, qiymətqoyma mexanizmi ilə bağlı təkliflərimiz var. Hazırda bir neçə hesablama metodları hazırlayırıq. Çalışacağıq bizim hesablama mexanizmiz tətbiq edilsin. Hazırki dərman hesablama mexanizmi qalarsa, belə istinad ölkələrinin düzgün seçilməsi vacibdir. Ən pis halda istinad ölkələrinin düzgün seçilməsi real qiymətləri əks etdirəcək. Əgər idxalçılar bilsələr ki, dərman qiymətləri Taarif Şurası tərəfindən tənzimlənmir daha yüksək qiymətlər təklif edə bilərlər. Ona görə də dərman qiymətləri Taarif Şurası tərəfindən tənzimlənməlidir”, - deyə o əlavə edib.

OXŞAR XƏBƏRLƏR
Elmi göstəriciləri yüksək olan alimlərə hər ay 1000 manatadək mükafat veriləcək

Elmi göstəriciləri yüksək olan alimlərə hər ay 1000 manatadək mükafat veriləcək

Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb

Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

XƏBƏR LENTİ
  • 16:21

    Ermənistanın ədliyyə naziri vəzifəsindən azad edilib
  • 16:20

    Bakıda 16 yaşlı yeniyetmə qətlə yetirilib, həmyaşıdı saxlanılıb
  • 16:17

    Sadır Japarov İtaliyaya səfər edib
  • 16:10

    Livan İsrailə 40 raket atıb
  • 16:08

    Ağdamda iritutumlu 4 su anbarı tikilir
  • 16:04

    Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq
  • 16:02

    Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib
  • 15:41

    Məhkəmə “Akabe” şirkəti ilə bağlı qərarı elan edib
Menyu