http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

“Qərbi Azərbaycan Ensiklopediyası” hazırlanacaq

20 İyun 2023 , 13:57
“Qərbi Azərbaycan Ensiklopediyası” hazırlanacaq

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Qərbi Azərbaycan Ensiklopediyası" hazırlanacaq.

AMEA-dan "Operativ Media" ya verilən məlumata görə, Rəyasət Heyətinin iclasında Qərbi Azərbaycan üzrə aparılan tədqiqatlarla bağlı bir sıra qərarlar qəbul olunub.

AMEA prezidenti akademik İsa Həbibbəyli deyib ki, hazırda dövlət siyasətinin mühüm istiqamətlərindən birini etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunması istiqamətindəki tədbirlər təşkil edir. O qeyd edib ki, həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, AMEA-da Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurası yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd Qərbi Azərbaycan icması ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, respublikada və AMEA-da Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların əlaqələndirilməsi və sistemli koordinasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsindən ibarətdir. Şuranın fəaliyyətinin daha da gücləndirilməsini təmin etmək üçün AMEA Rəyasət Heyəti tərəfindən Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə Şurasının tərkibinə yeni üzvlərin daxil edilməsi qərara alınıb.

OXŞAR XƏBƏRLƏR
Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

İranda 5 günlük matəm elan olunub

İranda 5 günlük matəm elan olunub

XƏBƏR LENTİ
  • 16:21

    Ermənistanın ədliyyə naziri vəzifəsindən azad edilib
  • 16:20

    Bakıda 16 yaşlı yeniyetmə qətlə yetirilib, həmyaşıdı saxlanılıb
  • 16:17

    Sadır Japarov İtaliyaya səfər edib
  • 16:10

    Livan İsrailə 40 raket atıb
  • 16:08

    Ağdamda iritutumlu 4 su anbarı tikilir
  • 16:04

    Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq
  • 16:02

    Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib
  • 15:41

    Məhkəmə “Akabe” şirkəti ilə bağlı qərarı elan edib
Menyu