http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

OPEC-in Səngəçal gündəliyi - RƏY

20 İyun 2023 , 14:16
OPEC-in Səngəçal gündəliyi - RƏY

Azərbaycanın karbohidrogen ixracı ilə bağlı etibarlı tərəfdaş olması ayrı – ayrı ölkələr tərəfindən yüksək qiymətləndirməklə yanaşı, beynəlxalq təşkilatlar tərəfindən də dəyərləndirilir. Bu dəyərləndirmənin göstəricisidir ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysın Azərbaycana gəldi. Əslində OPEC-in əvvəlki Baş katibi Məhəmməd Barkindo da Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirirdi. Bunun nəticəsi idi ki, o ebnerji ölkəsi haqqında həmişə xoş sözlər danışırdı. Bütün bu məsələlərin bir neçə istiqaməti vardı.

İlk olaraq o idi ki, Azərbaycan OPEC-in təyin etdiyi neft hasılatı kvotasına həmişə əməl edib. OPEC+ formatında Azərbaycanla əlaqələr genişləndirilib. 2016-cı ildəmn başlayaraq Azərbaycan OPEC-lə əlaqələrini yüksələn xətlə apara bilir. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq dünyada yaranan enerji böhranının həlli istiqamətində Azərbaycan önə çıxdı. Böhranın həlli üçün əməli addılar atdı, öhdəliklərini yerinə yetirdi, hətta yena Avropaya enerji ixracı üçün infrastrukturun yaradılmasına memar rolunu oynadı. Bütün bunlar yüksək həcmdə enerji ixracı ilə məşğul olan ölkələr arasında kiçik hasilata sahib Azərbaycanı seçilənlərdən etdi. 

Daha bir vacib məqam isə Prezident İlham Əliyevlə OPEC-in Baş katibi Haysam Əl-Qaysın görüşündə “fossil” yəni qalıq yanacaqla bağlı müzakirələrə yerin verilməsi idi. Bu, Azərbaycanın hasilatla, enerji təminatı ilə bağlı rolunun artması ilə yanaşı ətraf mühitin qorunmasına önəm verməsidir.
Azərbaycana səfər zamanı OPEC-in Baş katibi Haysam Əl-Qaysın neft buruqları və Səngəçal terminalı ilə daha yaxından tanış olması isə əməkdaşlığın daha enerjili dönəminə qədəm qoyulması deməkdir. Çünki Səngəçal Azərbaycan nefti və qazının dünyaya açılan kranıdır.

Samir Cabbarov - Operativ Media.

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • 23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • 23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • 22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • 22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • 21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu