http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Nərimanov rayonunda “Rza” və “Milad” adlı iranlı narkotacirin şəbəkəsinə daxil olan daha 4 nəfər saxlanılıb

20 İyun 2023 , 16:11
Nərimanov rayonunda “Rza” və “Milad” adlı iranlı narkotacirin şəbəkəsinə daxil olan daha 4 nəfər saxlanılıb

Nərimanov  Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar həyata keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Elmar Məmişov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 5 kiloqrama yaxın narkotik vasitə heroin aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, idarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı isə paytaxt ərazisində narkotik vasitələrin satışını təşkil edən dəstə üzvləri - Niyazi Quliyev, Nazim Novruzov və Ziya Zakirov da tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslərdən isə ümumilikdə 2 kiloqram narkotik vasitə heroin aşkar olunub. 

Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanışı olduqları şəxsiyyətləri istintaqla araşdırılan “Rza” və “Milad” adlı İran vətəndaşlarından maddi gəlir qarşılığında satmaq məqsədi ilə əldə etdiklərini və narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.
Bu şəxslər barəsində İdarənin İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. araşdırmalar davam etdirilir. 

OXŞAR XƏBƏRLƏR
Dövlət orqanlarında təminedici və yardımçı struktur bölmələrin siyahısı təsdiqlənib

Dövlət orqanlarında təminedici və yardımçı struktur bölmələrin siyahısı təsdiqlənib

Bakıda 16 yaşlı yeniyetmə qətlə yetirilib, həmyaşıdı saxlanılıb

Bakıda 16 yaşlı yeniyetmə qətlə yetirilib, həmyaşıdı saxlanılıb

Ağdamda iritutumlu 4 su anbarı tikilir

Ağdamda iritutumlu 4 su anbarı tikilir

XƏBƏR LENTİ
  • 16:34

    Dövlət orqanlarında təminedici və yardımçı struktur bölmələrin siyahısı təsdiqlənib
  • 16:32

    Ədliyyə general-mayoru Tofiq Həsənov ali xüsusi rütbəsindən məhrum edilib
    Ədliyyə general-mayoru Tofiq Həsənov ali xüsusi rütbəsindən məhrum edilib
  • 16:21

    Ermənistanın ədliyyə naziri vəzifəsindən azad edilib
  • 16:20

    Bakıda 16 yaşlı yeniyetmə qətlə yetirilib, həmyaşıdı saxlanılıb
  • 16:17

    Sadır Japarov İtaliyaya səfər edib
  • 16:10

    Livan İsrailə 40 raket atıb
  • 16:08

    Ağdamda iritutumlu 4 su anbarı tikilir
  • 16:04

    Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq
Menyu