http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılır

21 İyun 2023 , 12:03
Azad olunmuş ərazilərə avtobus reyslərinə iyul ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyul ayı üçün biletlər iyunun 22-si saat 11:00-da satışa çıxarılacaq.

Bu barədə "Operativ Media" ya AYNA-dan məlumat verilib.

Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Bildirilir ki, vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil. Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 565 reys həyata keçirilib, 23 min 11 nəfər işğaldan azad olunmuş əraziləri ziyarət edib.

OXŞAR XƏBƏRLƏR
Elmi göstəriciləri yüksək olan alimlərə hər ay 1000 manatadək mükafat veriləcək

Elmi göstəriciləri yüksək olan alimlərə hər ay 1000 manatadək mükafat veriləcək

Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb

Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

XƏBƏR LENTİ
  • 20:19

    Livan səfiri Yaxın Şərqdəki vəziyyəti üçüncü Livan-İsrail müharibəsinin başlanğıcı adlandırıb
  • 20:02

    Mingəçevirdə avtomobil piyadanı vurub
  • 19:59

    İran XİN: İsrail İranın nüvə obyektlərinə hücum etməyə cəsarət etməyəcək
  • 19:50

    Son Günəş tutulması başlayıb
  • 19:37

    Zaxarova: Qərbin Ermənistana pul yardımının artırılması sabitliyi pozur
  • 19:24

    ABŞ nümayəndəsi İranı qınamağa və sanksiya verməyə çağırıb
  • 19:15

    "Malmö"nün baş məşqçisi: "Qarabağ" "Sparta" və "Reyncers"dən daha güclü komandadır"
  • 19:06

    Rusiya XİN vətəndaşlarına çağırış edib
    Rusiya XİN vətəndaşlarına çağırış edib
Menyu