http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Bakıda iş adamından hədə-qorxu ilə 100 min manat tələb edən şəxslər saxlanılıblar

21 İyun 2023 , 14:00
Bakıda iş adamından hədə-qorxu ilə 100 min manat tələb edən şəxslər saxlanılıblar

Paytaxtın Sabunçu rayonunda yerləşən restoranlardan birinin sahibindən hədə-qorxu ilə pul tələb edən dəstə üzvləri saxlanılıblar.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Abdullayev, Nurlan Mamedov və Ruslan Abdullayev tutulublar. 

Araşdırma zamanı müəyyən edilib ki, Ceyhun Abdullayevin tapşırığı ilə Nurlan Mamedov xarici ölkələrdən birində qeydiyyatdan keçən mobil telefon nömrəsi ilə zərərçəkənə zəng vurub özünü “Maqa” kimi təqdim edərək ondan 100 min manat tələb edib. Zərərçəkən qeyd edilən qanunsuz tələbi yerinə yetirmədiyi üçün onlar dəstənin digər üzvü Ruslan Abdullayevlə sövdələşərək iş adamının “Lexsus” markalı avtomobilinin onun yaşadığı Bakıxanov qəsəbəsində evinin qarşısında üzərinə alışdırıcı maddə tökərək yandırılmasını təşkil ediblər. 

Saxlanılan şəxslər barəsində 13-cu Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

OXŞAR XƏBƏRLƏR
Mingəçevirdə avtomobil piyadanı vurub

Mingəçevirdə avtomobil piyadanı vurub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

Azərbaycanla Moldova arasında readmissiya haqqında Saziş Milli Məclisə daxil olub

Azərbaycanla Moldova arasında readmissiya haqqında Saziş Milli Məclisə daxil olub

XƏBƏR LENTİ
  • 20:02

    Mingəçevirdə avtomobil piyadanı vurub
  • 19:59

    İran XİN: İsrail İranın nüvə obyektlərinə hücum etməyə cəsarət etməyəcək
  • 19:50

    Son Günəş tutulması başlayıb
  • 19:37

    Zaxarova: Qərbin Ermənistana pul yardımının artırılması sabitliyi pozur
  • 19:24

    ABŞ nümayəndəsi İranı qınamağa və sanksiya verməyə çağırıb
  • 19:15

    "Malmö"nün baş məşqçisi: "Qarabağ" "Sparta" və "Reyncers"dən daha güclü komandadır"
  • 19:06

    Rusiya XİN vətəndaşlarına çağırış edib
    Rusiya XİN vətəndaşlarına çağırış edib
  • 19:00

    Xarici işlər nazirinin müavini Meksika prezidentinin andiçmə mərasimində iştirak edib
    Xarici işlər nazirinin müavini Meksika prezidentinin andiçmə mərasimində iştirak edib
Menyu