http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Ermənistan niyə Naxçıvanla sərhəddə Amerika bayrağı qaldırıb?

21 İyun 2023 , 14:50
Ermənistan niyə Naxçıvanla sərhəddə Amerika bayrağı qaldırıb?

Metallurgiya zavodunun tikintisi məlum məsələdir ki, ABŞ-də yaşayan erməni diasporasının maliyyəsi hesabına tikilir. Bunun tikilməsi ekoloji cəhətdən tək Ermənistanın özünə deyil eyni zamanda ətrafda olan digər dövlətlərə də ciddi ziyan gətirə bilər.

Bunu "Operativ Media"ya açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, burada əsas məsələ metallurgiya zavodunda istifadə olunan tullantıların Araz çayı vasitəsilə axıdılmasıdır:

"Bu tullantılar axaraq Azərbaycan ərazisinə gələcək. Bunu ermənilər əvəllər də Ovçuçayda və digər bizim çaylarımızda qəsdən törədiblər. Yəni bu Ermənistanın ekoloji cəhətdən Azərbaycana elan etdiyi demək olar ki, müharibənin tərkib hissəsidir. Bu vaxtilə Kəlbəcərdən köçəndə, digər yerlərdən bizim humanizim prinsipimizdən istifadə edib köçəndə meşələrin yandırılması, floranın məhv edilməsinin bir davamıdır. Sadəcə olaraq indi Amerika bayrağını orada qaldırmaqla çalışırlar ki, məs amerikalılarla bir yerə olmaqlarını bir daha qabartsınlar".

O, qeyd edib ki, burada təəsüf doğuran məsələlərdən biri İranın bu məsələyə heç bir reakisya verməməyidir: Baxmayaraq ki, İran həmişə Zəngəzur dəhlizi açılsa burada ABŞ, Israil və digər NATO-ya üzv olan ölkələr gələ bilər,  Zəngəzur dəhlizindən istifadə edə bilər deyir".

Deputat qeyd edib ki,  Ermənistanın özünün ümumiyyətlə nə daxili, nə də xarici siyasəti var. Onlar bu prosesləri digər dövlətlərin çətiri altında həyata keçirlər:

"Ona görə də düşünürəm ki, hansı bayrağın qaldırılmasından asılı olmayaraq biz öz suverenliyimizi ərazi bütövlüyümüzü daim bərpa etmək istiqamətində addımlar atacağıq".

"İstər BMT-nin müvafiq qrumları istər də digər ekoloji proseslərə qoşulmuş təşkilatlar Ermənistana təzyiq və təsir mexanizmini artırmalıdır", - deputat qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Zaxarova: Qərbin Ermənistana pul yardımının artırılması sabitliyi pozur

Zaxarova: Qərbin Ermənistana pul yardımının artırılması sabitliyi pozur

Rusiya XİN vətəndaşlarına çağırış edib

Rusiya XİN vətəndaşlarına çağırış edib

Xarici işlər nazirinin müavini Meksika prezidentinin andiçmə mərasimində iştirak edib

Xarici işlər nazirinin müavini Meksika prezidentinin andiçmə mərasimində iştirak edib

XƏBƏR LENTİ
  • 20:19

    Livan səfiri Yaxın Şərqdəki vəziyyəti üçüncü Livan-İsrail müharibəsinin başlanğıcı adlandırıb
  • 20:02

    Mingəçevirdə avtomobil piyadanı vurub
  • 19:59

    İran XİN: İsrail İranın nüvə obyektlərinə hücum etməyə cəsarət etməyəcək
  • 19:50

    Son Günəş tutulması başlayıb
  • 19:37

    Zaxarova: Qərbin Ermənistana pul yardımının artırılması sabitliyi pozur
  • 19:24

    ABŞ nümayəndəsi İranı qınamağa və sanksiya verməyə çağırıb
  • 19:15

    "Malmö"nün baş məşqçisi: "Qarabağ" "Sparta" və "Reyncers"dən daha güclü komandadır"
  • 19:06

    Rusiya XİN vətəndaşlarına çağırış edib
    Rusiya XİN vətəndaşlarına çağırış edib
Menyu