http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Almaniya Prezidenti “Zərifə Əliyeva” gəmi-bərəsində olub

21 İyun 2023 , 16:41
Almaniya Prezidenti “Zərifə Əliyeva” gəmi-bərəsində olub

Almaniya prezidenti Frank-Valter Staynmayer, Qazaxıstanın Baş naziri Alixan Smailov və Kurık limanının direktoru Serik Axmetov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Kurık limanına yan almış RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsində olublar.

ASCO-dan "Operativ Media" ya verilən məlumata görə, Almaniya prezidentinə məlumat verilib ki, “Zərifə Əliyeva” gəmi-bərəsi ASCO-nun donanmasındakı digər bərələrlə birgə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin inkişafında mühüm rol oynayır.

Gəminin kapitanı Təhmiraz İsmayılov Frank-Valter Staynmayerə bildirib ki, “Zərifə Əliyeva” gəmi-bərəsi Azərbaycanda istehsal olunub. Bu gəmi yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyük olmaqla, 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TİR daşımaq imkanına malikdir.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin dəvəti ilə Almaniya prezidenti Frank-Valter Ştaynmayer Qazaxıstana rəsmi səfərə gəlib.

OXŞAR XƏBƏRLƏR
Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

İranda 5 günlük matəm elan olunub

İranda 5 günlük matəm elan olunub

XƏBƏR LENTİ
  • 22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • 21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • 21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
  • 21:05

    Türkdilli Ölkələr Turniri: Azərbaycan millisi Türkmənistana məğlub oldu
  • 20:57

    İran Prezidenti Qətər əmiri ilə görüşəcək
  • 20:45

    Konfrans Liqası: "Başakşəhər" "Rapid"ə məğlub oldu
  • 20:40

    Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib
    Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib
  • 20:19

    Livan səfiri Yaxın Şərqdəki vəziyyəti üçüncü Livan-İsrail müharibəsinin başlanğıcı adlandırıb
Menyu