http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Baş prokuror: İşğaldan azad olunmuş ərazilərə səfər edərkən aparılan quruculuq işlərinin miqyasının necə böyük olmasının şahidi olmamaq mümkün deyil

22 İyun 2023 , 11:19
Baş prokuror: İşğaldan azad olunmuş ərazilərə səfər edərkən aparılan quruculuq işlərinin miqyasının necə böyük olmasının şahidi olmamaq mümkün deyil

Xəbər verildiyi kimi, iyunun 22-də Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş Laçın şəhərinə gedib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Laçın rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimindən sonra Baş Prokurorluğun rəhbərliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Müşavirədə açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev zəruri tapşırıq və göstərişlərini verib.  

Baş Prokuror bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinə başlanmış, bir sıra beynəlxalq əhəmiyyətli layihələrə start verilmiş, o cümlədən ağıllı şəhər və kəndlərin inşasına başlanmış, enerji infrastrukturu qurulmuş, Zəngilan, Füzuli və Laçın rayonlarında beynəlxalq aeroportların tikintisinə başlanılmış, bunlardan Füzuli və Zəngilan aeroportlarının tikintisi başa çatdırılaraq açılışları edilmiş, Laçın aeroportunun isə qısa müddətdə açılışı nəzərdə tutulur. 

Qeyd olunub ki, işğaldan azad edilmiş bütün ərazilərdə davam edən sürətli tikinti-quruculuq işləri Laçın rayonundan da yan keçməmişdir. Şanlı qələbə nəticəsində azadlığa qovuşmuş digər ərazilərdə olduğu kimi, Laçın rayonuna da həyat yenidən qayıtmış, sürətli quruculuq-bərpa işlərinə başlanmışdır. Laçın şəhəri qısa müddətdə işğaldan əvvəlki görkəmindən daha yaxşı görkəmə qayıtmağa başlamışdır. Burada Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər yüksək zövq və keyfiyyətlə icra edilir. Bu ərazilərə səfər edərkən aparılan quruculuq işlərinin miqyasının necə böyük olmasının şahidi olmamaq mümkün deyil. 

Vurğulanıb ki, Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə Laçın rayonuna, o cümlədən Laçın şəhərinə səfər etməsi, aparılan bərpa-quruculuq işləri ilə əyani tanış olması, bu bölgənin ölkəmiz üçün böyük önəmini göstərir.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

Mingəçevirdə avtomobil piyadanı vurub

Mingəçevirdə avtomobil piyadanı vurub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

XƏBƏR LENTİ
  • 00:15

    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
  • Dünən
    23:15

    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
  • Dünən
    22:55

    ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq
  • Dünən
    22:36

    Suriyada yaşayış binasına aviazərbə endirilib
  • Dünən
    22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • Dünən
    21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • Dünən
    21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
  • Dünən
    21:05

    Türkdilli Ölkələr Turniri: Azərbaycan millisi Türkmənistana məğlub oldu
Menyu