http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

ABŞ Konqresinin Komitəsi 886 milyard dollarlıq müdafiə büdcəsini qəbul edib

22 İyun 2023 , 21:20
ABŞ Konqresinin Komitəsi 886 milyard dollarlıq müdafiə büdcəsini qəbul edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi ABŞ-ın növbəti maliyyə ili üçün 886,3 milyard dollarlıq müdafiə büdcəsi layihəsini qəbul edib.

"Operativ Media" xəbər verir ki, büdcə layihəsində həmçinin Ukraynaya hərbi yardım və Rusiyanı Avropada dayandırmaq üçün vəsait də nəzərdə tutulub.

Komitənin saytında yayımlanan səsvermədə 58 konqresmen təşəbbüsü dəstəkləyib, yalnız 1-i onun əleyhinə çıxıb. Əvvəlcə 858 milyard dolların ayrılması nəzərdə tutulan büdcə layihəsi ilə bağlı 17 saat davam edən müzakirədə layihəyə 800-dən çox dəyişiklik edilib. İndi sənəd tam tərkibli Nümayəndələr Palatası tərəfindən müzakirə olunacaq.

Büdcədə Ukraynanın operativ-taktiki raket sistemləri ilə təchiz edilməsi üçün 80 milyon dollar nəzərdə tutulub. Konqresmenlər həmçinin Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində rəsmi Kiyevə 300 milyon dollar yardım göndərmək niyyətindədirlər. Vəsait Ukrayna Silahlı Qüvvələrini taktiki raketlər, zərbə PUA-ları ilə təchiz etmək, Kiyevi silahla təmin edən ABŞ və müttəfiqlərinin arsenallarını artırmaq üçün nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR
ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Suriyada yaşayış binasına aviazərbə endirilib

Suriyada yaşayış binasına aviazərbə endirilib

Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub

Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub

XƏBƏR LENTİ
  • 00:15

    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
  • Dünən
    23:15

    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
  • Dünən
    22:55

    ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq
  • Dünən
    22:36

    Suriyada yaşayış binasına aviazərbə endirilib
  • Dünən
    22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • Dünən
    21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • Dünən
    21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
  • Dünən
    21:05

    Türkdilli Ölkələr Turniri: Azərbaycan millisi Türkmənistana məğlub oldu
Menyu