http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Mayda bankların kredit portfeli artıb

24 İyun 2023 , 11:05
Mayda bankların kredit portfeli artıb

May ayında bankların kredit portfeli 1.4 faiz və ya 279.6 milyon manat artaraq 20,659.3 milyon manat olub.

"Operativ Media" xəbər verir ki, Mərkəzi Banka istinadla xəbər verir ki, kredit portfelinin strukturu: biznes kreditləri – 54.1 faiz (11,170.8 milyon manat), istehlak kreditləri – 30.1 faiz (6,224.5 milyon manat), ipoteka kreditləri – 15.8 faizdir (3,264 milyon manat). Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.3 faiz bəndi azalaraq 2.3 faiz təşkil edib. Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82 faizi və ya 32,678.7 milyon manat. Bankların depozit portfeli cari ilin may ayında 1 faiz və ya 311.8 milyon manat artıb. Depozit portfelinin 62.8 faizi (20,535.7 milyon manat) hüquqi şəxslərin, 37.2 faizi (12,143 milyon manat) fiziki şəxslərin depozitlərində (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Hesabat ayında bankların əmanət portfeli 1.6 faiz və ya 187.6 milyon manat artıb. Əmanət portfelinin 53.2 faizi (6,454 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 17,492.2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 85.2 faizini təşkil edib.

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu