http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Azərbaycan 2025-ci ilə qədər qaz hasilatını artıracaq

03 Noyabr 2022 , 11:59
Azərbaycan 2025-ci ilə qədər qaz hasilatını artıracaq

Azərbaycanda 2024-cü ildə qaz hasilatının 2023-cü ilin proqnoz göstəricisi (46 761,6 mln. kubmetr) ilə müqayisədə 5,54% artacağı və 49 352,7 mln. kubmetrədək çatacağı, lakin gələn iki il ərzində tədricən azalacağı proqnozlaşdırılır.

"Operativ Media"xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.

Sənədə əsasən, 2025 və 2026-cı illərdə Azərbaycanda müvafiq olaraq 49 107,2 mln. kubmetr və 48 035,6 mln. kubmetr qaz hasil olunacaq.

Proqnoza görə, 2024-cü ildə ölkədə 38 477,5 mln. kubmetr əmtəəlik qaz istehsal olunacaq, bu da 2023-ci ilin proqnoz göstəricisi (35 900,3 mln. kubmetr) ilə müqayisədə 7,2% çoxdur. Buna baxmayaraq, 2025-2026-cı illərdə əmtəəlik qazın istehsalı azalacaq və müvafiq olaraq 38 462 mln. kubmetr və 36 890 mln. kubmetr səviyyəsində olacaq.

Qeyd etmək lazımdır ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 34 402,6 mln. kubmetr qaz hasil edilib, bunun da 25 681,2 mln. kubmetri əmtəəlik qazın payına düşüb, bu da illik müqayisədə müvafiq olaraq 8,5% və 9,8% artım deməkdir.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda 43 863,5 mln. kubmetr qaz hasil edilib, bunun da 32 573,8 mln. kubmetri əmtəəlik qazın payına düşüb, bu da illik müqayisədə müvafiq olaraq 18,1% və 23% çoxdur.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:12

    İranda güclü zəlzələ olub
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 16:15

    Ölkəyə payız fəsli daxil olub
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
Menyu