http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

QMİ sədri Roma Papası ilə görüşə bilər

03 Noyabr 2022 , 16:27
QMİ sədri Roma Papası ilə görüşə bilər

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 3-də Bəhreyn Krallığına səfərə yola düşür, Roma Papası Fransisk ilə görüşə bilər.

"Operativ Media" xəbər verir ki, səfər Bəhreyn Kralı Əlahəzrət Həməd bin İsa Əl Xəlifənin himayəsi altında noyabrın 3-4-də Müsəlman Ağsaqqallar Şurasının tərəfdaşlığı və Bəhreyn Krallığının ev sahibliyi ilə keçiriləcək Bəhreyn Beynəlxalq Dialoq Forumuna dəvət əsasında həyata keçirilir.

Ümumbəşər problemlərinin müzakirəsi məramı ilə baş tutan Forumda Roma Katolik kilsəsinin başçısı Papa Fransisk həzrətlərinin iştirakı, dini liderlərlə müzakirələri və çıxışı nəzərdə tutulur. Qlobal forumda iştirak üçün QMİ sədrinə dəvət Bəhreynin İslam Məsələləri üzrə Ali Şurasının sədri Şeyx Əbdül Rəhman bin Məhəmməd bin Rəşid Əl Xəlifə tərəfindən edilib.

Müsəlman Ağsaqqallar Şurasının üzvü Şeyxülislam Allahşükür Paşazadə Əl-Əzhər Əl-Şərifin Şeyxi və Böyük İmamı Əhməd əy-Tayyibin dəvəti ilə noyabrın 4-də Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçiriləcək Müsəlman Ağsaqqallar Şurasının on altıncı iclasında iştirak və çıxış edəcək.

OXŞAR XƏBƏRLƏR
BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

VII çağırış Milli Məclisin deputatları - SİYAHI

Pezeşkian Nyu-Yorka səfər edəcək

Pezeşkian Nyu-Yorka səfər edəcək

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu