http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Fatma Yıldırım: Azyaşlılar arasında skaliozun yaranmasının səbəblərindən biri məktəbli çantalarının çox ağır olmasıdır

04 Noyabr 2022 , 11:39
Fatma Yıldırım: Azyaşlılar arasında skaliozun yaranmasının səbəblərindən biri məktəbli çantalarının çox ağır olmasıdır

“Bu gün ibtidai sinif şagirdləri arasında skalioz xəstəliyi artıb və bu da çətin müalicə edilir”.

"Operativ Media" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım parlamentin Elm və təhsil komitəsinin noyabrın 4-də keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, azyaşlılar arasında bu xəstəliyin yaranmasının başlıca səbəblərindən biri də məktəbli çantalarının çox ağır olmasıdır: “Bir sıra qabaqcıl dövlətlərdə ibtidai siniflər üçün hazırlanan kitablar iki nüsxəli olur. Bu da istər-istəməz uşağın qaldıracağı yükü azaltmış olur. Bu xəstəliyin müalicəsi üçün Səhiyyə Nazirliyinə dövlət büdcəsindən çoxlu vəsait ayrılsa da, sırf bu xəstəliyin müalicəsi üçün reabilitasiya mərkəzləri yoxdur.

Valideynlər bizə müraciət edərək müalicə üçün kömək istəyirlər. Başqa problemlərdən biri də regionlarda bu xəstəliyi müalicə edən ixtisaslı həkimlərin olmamasıdır. Ona görə də vətəndaşlarımız Bakıya gəlməyə məcbur olurlar. Buna da bəzilərinin imkanı çatır, bəzilərinin yox”.

Komitə sədri Bəxtiyar Əliyev isə bildirib ki, qaldırılan məsələ aktualdır: “Bununla bağlı təkliflər hazırlayıb bizə təqdim edin”.

OXŞAR XƏBƏRLƏR
Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu