http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycanla BƏƏ arasında viza rejiminin ləğvi qiymətlərə necə təsir edəcək?

10 İyul 2023 , 14:32
Azərbaycanla BƏƏ arasında viza rejiminin ləğvi qiymətlərə necə təsir edəcək?

Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında viza rejimi 8 iyuldan etibarən ləğv edilib. Azərbaycanlıların ən çox üz tutduğu ölkələr arasında ilk onluqda olan bu ölkəyə vizasız gediş turistləri bəzi xərclərdən xilas etmiş oldu. Bununla yanaşı Avropa ölkələrinə də artıq tranzir ucuz qiymətə səyahət etmək mümkün olacaq.

"Operativ Media" turizm sektoruna bu qərarın necə təsir edəcəyini araşdırıb.

Turizm üzrə ekspert Elgün Babayev deyir ki, qərar ilk olaraq BƏƏ-yə səfər edənlərin turpaketlərində özünü göstərəcək.

"Vizaları biz alırdıq 90-100 dollara. Ümumi qiymətdə 15 faiz fərq edəcək. Ən azından ona görə ki, viza rüsumu yoxdur. Viza üçün hər hansısa müraciət də olmayacaq. Deyək ki, vətəndaş uçurdu Dubaya, oradan da bir neçə saatlıq gözləmə ilə başqa ölkəyə. Məcbur idi ki, viza alısın .Nəticədə tranzit uçuşlarda 300 manata yaxın xərc çıxırdı. Artıq bu problem də həllini tapmış oldu".

Elgün Babayevin sözlərinə görə, bu qərar "lou koster" lə uçan sərnişinlər üçün göydəndüşmə oldu. Belə ki, BƏƏ-dən bir çox ölkəyə "lou koster" aviadaşıyıcılarla tranzit uçmaq mümkündür.

"Lou koster"lərin uçuş cədvəlinə baxsaq görərik ki, Birləşmiş Ərəb Əmirliklərinin şəhərlərindən kifayət qədər intensiv uçuşlar həyata keçirirlər. Asiya istiqamətinə getmək artıq daha ucuz olacaq. Avropanı gəzmək istəyən şəxs belə yaz, payız aylarında Dubayda çimərliyin dadını çıxarıb elə gedə bilər. Və yaxud istəsə hava limanında gözləyib bir neçə saat sonra da gedə bilər. İstənilən halda xarici səfərlərdə olan turpaketlərə 25-30 faiz ucuzlaşma gözlənilir"-deyə ekspert bildirib.

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu