http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması zavodu tikiləcək

10 İyul 2023 , 15:07
Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması zavodu tikiləcək

Azərbaycan İnvestisiya Şirkəti ASC ilə Macarıstanın Hell Energy şirkəti arasında birgə iştirak müqaviləsi imzalanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bildirib.

O bildirib ki, sənəd Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iştirakı ilə keçirilən tədbirdə imzalanıb.

Sənədə əsasən, Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması zavodu tikiləcək. Layihənin icrası ölkələrimizin biznes dairələrinin əməkdaşlığının gücləndirilməsinə, yerli istehsalın artmasına və məşğulluğun təmin edilməsinə töhfə verəcək.

Nazirliyin bununla bağlı yaydığı məlumatda deyilir ki, zavod Ələt Azad İqtisadi Zonasının ərazisində, qabaqcıl texnologiyalara əsasında inşa ediləcək. Onun illik istehsal gücü ilkin mərhələdə 415, tədricən 700 milyon ədəd içki qutusu təşkil edəcək. Layihə çərçivəsində 300-dən çox iş yerinin yaradılması planlaşdırılır.

İmzalanma mərasimində çıxış edən M.Cabbarov layihənin iki ölkənin biznes dairələrinin əməkdaşlığının gücləndirilməsinə, Azərbaycanda qeyri-neft sektorunun davamlı artımına, yerli istehsala və məşğulluğun təmin edilməsinə töhfə verəcəyini qeyd edib. Nazir vurğulayıb ki, qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Macarıstan əlaqələri yüksələn xətlə inkişaf edir, iqtisadi-ticarət əməkdaşlığı genişlənir. Macarıstanla ticarət, sənaye, enerji, o cümlədən, bərpa olunan enerji, investisiya və digər istiqamətlər üzrə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var. Azərbaycan rəsmisi Ələt Azad İqtisadi Zonasının imkanlarının yerli və xarici investorlar, o cümlədən Macarıstan investorları üçün geniş imkanlar açdığını bildirərək, yeni birgə layihələrin həyata keçirələcəyinə əminliyini ifadə edib.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin davamlı inkişafının, işgüzar dairələr arasında tərəfdaşlığın, birgə layihələr həyata keçirilməsinin önəmini vurğulayıb, əməkdaşlığın müxtəlif istiqamətlərdə gücləndirilməsi barədə fikirlərini bildirib.

Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Zonanın fəaliyyəti, “Hell energy” şirkətinin icraçı direktoru Barbabas Çereklye və AİŞ-in icraçı direktoru Ülvi Mansurov isə layihə barədə məlumat veriblər. Tədbirdə layihənin təqdimatına dair video-çarx nümayiş etdirilib.

 

Nərmin Qocamanova
 

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu