http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Nazirlər Kabineti idxal gömrük rüsumuna cəlb edilməyən malların siyahısı artırıb

10 İyul 2023 , 22:10
Nazirlər Kabineti idxal gömrük rüsumuna cəlb edilməyən malların siyahısı artırıb

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli Qərarında dəyişiklik edib.

"Operativ Media" xəbər verir ki, dəyişikliyə əsasən, “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarına aşağıdakı məzmunda 4.35-ci bənd əlavə edilir:

“4.35. benefisiar dövlət orqanı (qurumu) və ya benefisiar fondun təsdiqedici sənədinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən dövlət orqanlarına (qurumlarına), eləcə də siyahısı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 may tarixli 2147 nömrəli Fərmanı ilə təsdiq edilmiş ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara əvəzsiz olaraq verilməsi, habelə dövlət orqanlarına (qurumlarına) və həmin fondlara əvəzsiz olaraq verilən daşınmaz əmlakların və əmlak kompleksi şəklində müəssisələrin yaradılması üçün idxal olunan mallar.”.

Beləliklə, əlavə edilmiş bənddə qeyd edilən mallar idxal gömrük rüsumuna cəlb edilməyəcək.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2026-cı il dekabrın 31-dək qüvvədədir.

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu