http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

ÜST: Qızılca xəstəliyi qripdən 6 dəfə daha çox sürətlə yayıla bilir

11 İyul 2023 , 15:15
ÜST: Qızılca xəstəliyi qripdən 6 dəfə daha çox sürətlə yayıla bilir

Qızılca xəstəliyinin Avropa ölkələrində yenidən baş qaldırdığını nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi bu xəstəliklə bağlı maarifləndirici məlumat hazırlayıb.

"Operativ Media" Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin saytına istinadən xəbər verir ki, qızılca yüksək dərəcədə yoluxucudur və qripdən 6 dəfə daha çox sürətlə yayılır. Virus öskürmə, asqırma, yaxın təmas və ya yoluxmuş burun, boğaz sekresiyaları ilə birbaşa təmas zamanı yayılır. Tənəffüs yollarını yoluxdurur, daha sonra bütün bədənə yayılır. Virus havada və ya səthlərdə 2 saata qədər aktiv və yoluxucu qalır. Yoluxmuş şəxs səpkilərin əmələ gəlməsindən 4 gün əvvəl və yoxa çıxmasından sonrakı 4 gün müddətində yoluxucu olaraq qalır. Qızılca ilə bağlı ölümlərin çoxu xəstəliklə əlaqəli ağırlaşmalar nəticəsində olur. Ciddi fəsadlar 5 yaşdan kiçik uşaqlarda və ya 30 yaşdan yuxarı böyüklərdə daha çox rast gəlinir.

Xəstəliyin ciddi fəsadlarına korluq, ensefalit (beynin iltihabı), qulaq infeksiyaları (daimi karlıq) və pnevmoniya kimi ağır tənəffüs yolları infeksiyaları daxildir.

Qeyd olunub ki, qızılcaya qarşı vurulan QPM peyvəndinin 2 dozası bu xəstəlikdən demək olar ki, 100 faiz qoruyur. Qızılca peyvəndi 50 ildir istifadə edilir. Peyvənd yüksək dərəcədə effektiv və tamamilə təhlükəsizdir. Gecikdirilmiş (ölkədə qəbul olunmuş profilaktik peyvənd təqviminə əsasən) QPM peyvəndini 15 yaşa qədər həkim müayinəsi ilə vurdurmaq mümkündür.

OXŞAR XƏBƏRLƏR
Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 16:24

    Ətraf mühiti çirkləndirən şəxslər barəsində tədbir görülüb
  • 16:17

    Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
  • 16:09

    Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
    Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • 15:48

    Nərimanov rayon prokurorluğunun yeni inzibati binasının açılışı olub
  • 15:46

    Qərbi Azərbaycan İcması bəyanat yayıb
  • 15:42

    Bakıda 64 minə yaxın mülkiyyətin dövlət qeydiyyatı aparılıb
  • 15:26

    Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi
  • 15:25

    4SİM-in Müşahidə Şurasının iclası keçirilib
Menyu