http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycanda elektrik enerjisinin istehsalı 2.8% artıb - YENİLƏNİB

13 İyul 2023 , 16:24
Azərbaycanda elektrik enerjisinin istehsalı 2.8% artıb - YENİLƏNİB

2023-cü ilin yanvar-iyun aylarında operativ məlumatlara əsasən ölkə üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 381,2 mln. kVt·st, yəni 2,8% artaraq 13 907,9 mln. kVt·st olub.

"Operativ Media" xəbər verir ki, altı ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 12 826,1 mln. kVt·st, SES-lərdə 891,0 mln. kVt·st, digər mənbələr üzrə isə 190,8 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 31,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 32,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 126,8 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12 472,4 mln. kVt·st (İES-lərdə 11 644,3 mln. kVt·st, SES-lərdə 828,1 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 218,6 mln. kVt·st (İES-lərdə 133,5 mln. kVt·st, SES-lərdə 55,7 mln. kVt·st, Günəş ES-də 29,4 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 24,4 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1192,5 mln. kVt·st təşkil edib.

2023-cü ilin birinci yarımili üzrə elektrik enerjisinin ixracı 1265,2 mln. kVt·st, idxalı isə 137,5 mln. kVt·st olub.

Qeyd edək ki, cari ilin iyun ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2021,4 mln. kVt·st olub. İyun ayında elektrik enerjisinin idxalı 87,2 mln. kVt·st, ixrac isə 11,6 mln. kVt·st təşkil edib.

***

09:47

Bu ilin 6 ayında operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 2.8% artaraq 13907.9 milyon kilovat-saat olub.

"Operativ Media" xəbər verir ki, bu barədə enrgetika naziri Pərviz Şahbazov tviterdə bildirib.

O qeyd edib ki, bu ilin son 6 ayında elektrik enerjisinin ixracı 1265.2 milyon kilovat-saat, idxalı isə 137.5 milyon kilovat-saat olub.

 

Nərmin Qocamanova

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu