http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Səyahət zamanı aldanmamaq üçün nələrə diqqət olunmalıdır?

13 İyul 2023 , 10:41
Səyahət zamanı aldanmamaq üçün nələrə diqqət olunmalıdır?

Yay mövsümündə insanların səyahətləri intensivləşir. Ancaq bəzi hallarda xüsusən xarici ölkələrə səfərlərin təşkili zamanı bir sıra problemlər ortaya çıxır. Belə ki, vətəndaş mənzil başına çatanda məlum olur ki, turizm şirkətinin təklif edilən xidmətlər lazımi səviyyədə deyil. 
“Operativ Media” xəbər verir ki, ötən il 80-ə yaxın vətəndaş bu halla aldadılıb. Təəssüf ki, iş məhkəməyə qədər getsə də, haqqını ala bilməyən vətəndaşlar da oldu. Bəs vətəndaş ödəniş etdiyi halda niyə ona təklif olunan istirahət haqqından istifadə edə bilmir?

Azərbaycan Turizm Agentlikləri Assosasiyasının sədr müşaviri Müzəffər Ağakərimov deyir ki, bu problemlər illərdir ki, müşahidə edilir. Lakin hələdə problemin qalmağının bir səbəbi var.

“Həmin şirkətlərin bir çoxu isə müştəri ilə müqavilə bağlamır. Nəticədə haqlı olsa belə, vətəndaşın şikayət etmək kimi üstünlüyü olmur. Aldanmamaq üçün turistlər ilk növbədə müqavilə münasibətlərinə fikir verməlidirlər. Müqavilədə turizm şirkətinin ünvanı, rəhbərinin adı, vöenin nömrəsi və bütün koordinatlar əks olunur. Həm də turizm şirkəti və turist arasında öhdəlik və vəzifələr öz əksini tapmışdır. Müqavilə olmadan turizm şirkətinə əlaqə qurmaq qeyri-qanunidir. Turizm şirkətinin ofisi olmalıdır. Biz belə hallara rast gəlirik ki, turizm şirkəti öz məhsulunu metrostansiyasının yanında, avtobus dayanacağında, parkda, bulvarda satış edir. Bu yolverilməzdir".

Müzəffər Ağakərimovun sözlərinə görə, müqavilə həm də turistə hüquqi təminat verir. Çünki son zamanlar belə aldadılma halları artıb. Hətta saxta bilet tərtib edilərək satılan vətəndaşlar da olub ki, yalnız hava limanında biliblər ki, uçuşları yoxdur.

“Son vaxtlar bilet satışında, hotellərin bronlaşma məsələlərində turistləri aldadıblar. Əgər müqavilə olmasa sonra turistin problemləri olur, onu məhkəməyə vermək, sübut etmək üçün o müqavilə mütləq gözəl bir vasitədir. Turizm şirkəti turistə o olan xidməti göstərmirsə, onun əvəzində ona kompensasiya verməlidir. Ölkədə 1000-dən çox turizm şirkəti fəaliyyət göstərir ki, onların əksəriyyətində sözügedən qaydalara əməl olunmur. Assosiasiyaya daxil olan şirkətlərdə isə bu tələblər gözlənilir”=deyə Azərbaycan Turizm Agentlikləri Assosasiyasının sədr müşaviri bildirib.

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu