http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Qaxda qardaş 17 yaşlı bacısını qətlə yetirib-YENİLƏNİB

05 Noyabr 2022 , 09:18
Qaxda qardaş 17 yaşlı bacısını qətlə yetirib-YENİLƏNİB

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, dünən saat 19 radələrində  Qax şəhərində 2005-ci il təvəllüdlü A.Papiaşvilinin kirayədə yaşadığı evdə çoxsaylı kəsilmiş, deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.


Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib. Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən zərərçəkmişin qardaşı, 2007-ci il təvəllüdlü J.P tutularaq istintaqa təhvil verilib.


Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

***


(09:04)Noyabrın 04-ü saat 19 radələrində 2005-ci il təvəllüdlü Albina Papiaşvilinin üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Qax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə zərərçəkmişin qardaşı 2007-ci il təvəllüdlü Jora Papiaşvilinin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Albina Papiaşvilini yatdığı yerdə öldürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Jora Papiaşvili şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

OXŞAR XƏBƏRLƏR
Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

11 illik bazadan kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

TTKF: Yeni tədris ilində 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib

TTKF: Yeni tədris ilində 5300 təhsil tələbə krediti müqaviləsi rəsmiləşib

XƏBƏR LENTİ
  • 21:05

    Rusiya müdafiə nazirinin keçmiş müavininin həbs müddəti uzadılıb
  • 20:57

    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb
    Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə görüşüb
  • 20:53

    Ərdoğan: Dünya 5-dən böyükdür, daha ədalətli dünya mümkündür
  • 20:48

    Ceyhun Bayramov maltalı həmkarı ilə görüşüb
    Ceyhun Bayramov maltalı həmkarı ilə görüşüb
  • 20:45

    UEFA Çempionlar Liqasının 2027-ci il finalı üçün sürpriz qərar verdi
  • 20:23

    ADY sədri Rövşən Rüstəmov Berlində keçirilən “InnoTrans” beynəlxalq sərgisində iştirak edir
  • 20:11

    Sabunçu rayonunda qaz olmayacaq
  • 20:01

    "Kəpəz" yeni transferini açıqladı
Menyu