http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycanla Çin arasında yeni saziş müzakirə edilir

15 İyul 2023 , 12:47
Azərbaycanla Çin arasında yeni saziş müzakirə edilir

Azərbaycanla Honkonq arasında ikiqat vergitutmanın aradan qaldırılması barədə saziş layihəsi üzrə danışıqlar keçirilib.

Dövlət Vergi Xidmətindən "Operativ Media" ya  verilən məlumata görə, iyulun 11-13 tarixlərində Çin Xalq Respublikasının Honkonq şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisi arasında gəlirə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” layihəsi üzrə danışıqların birinci raundu baş tutub.

Azərbaycan tərəfindən danışıqlarda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ekspertləri və Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi iştirak ediblər. Honkonq Xüsusi İnzibati Ərazisi tərəfindən isə Daxili Gəlirlər Departamentinin səlahiyyətli şəxsləri danışıqlara qatılıb.

Müzakirələrin nəticəsi olaraq, saziş layihəsinin vergitutma ilə bağlı bütün müddəaları üzrə tam razılıq əldə olunub, açıq qalan digər maddələrin razılaşdırılması istiqamətində qarşılıqlı olaraq müvafiq işlərin aparılacağı qərara alınıb. Sonda tərəflər razılaşdırılmış məsələlərlə bağlı sənəd imzalayıblar.

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
  • 09:06

    Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
  • 08:00

    Lerikdə zəlzələ olub
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
Menyu