http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Zahid Oruc: “Sığorta sahəsində fundamental analizlərə ehtiyac var”

17 İyul 2023 , 10:43
Zahid Oruc: “Sığorta sahəsində fundamental analizlərə ehtiyac var”

“Sığorta sahəsində fundamental analizlərə ehtiyac var” - Deputat

“Azərbaycanda da sığorta sektorunun inkişafına risklərin yüksək olması, inhisarçılıq, təmərküzləşmə, sığorta biliklərinin aşağılığı, kapitallaşma və s. əsas maneələrdir”.

"Operativ Media" xəbər verir ki, bu sözləri “Sığorta mübahisələrinin uğurlu həlli yolları”  elmi-praktik konfransında çıxış edən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, sığorta iqtisadi və sosial həyata güvən və fond yaratma qabiliyyəti ilə kapital bazarlarının inkişafına təkan verir:

“Azərbaycanda sığorta bazarının davamlı inkişafı mühüm strateji əhəmiyyət daşıyır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər Sənədi”nə əsasən sözügedən sektorda 2026-ci ilə qədər "Sığorta sektorunda risk əsaslı nəzarət və tənzimləmə çərçivəsinin güclənməsi" və "Sığorta bazarının inkişaf etməsi və dayanıqlığının artması" kimi yekun nəticələr hədəflənib. İndiki şəraitdə sığorta mübahisələrinin Mediasiya müstəvisində həlli təşəbbüsləri  hər iki hədəfə çatmaqda mühüm platformalardan biri ola bilər. 

Strategiya çərçivəsində sistemli institusional islahatlar, bazar infrastrukturunun müasirləşdirilməsi, rəqəmsal transformasiya və intensiv maarifləndirmə tədbirləri vasitəsilə sığorta bazarının həcminin hər il 10% artması kimi ölçüləbilən hədəflər qarşıya qoyulub”.

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
  • 09:06

    Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
  • 08:00

    Lerikdə zəlzələ olub
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
Menyu