http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycanda həyatın yaşam sığortasının həcmi artıb

17 İyul 2023 , 10:59
Azərbaycanda həyatın yaşam sığortasının həcmi artıb

“Sığorta haqlarının yarısından çoxu yaşam, avto icbari və tibbi sığorta üzrə toplanır”.

"Operativ Media" xəbər verir ki, bu sözləri “Sığorta mübahisələrinin uğurlu həlli yolları”  elmi-praktik konfransında sığorta sektorunun adambaşına düşən sıxlığına toxunan Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, 2021-ci ildə sığorta haqlarının həcmi 844 milyon manat, 2022-ci ildə isə 15%  və ya 127 milyon manat artaraq 971 milyon manata çatıb:

“Dövr ərzində könüllü sığorta növləri üzrə 24% artım (141 milyon manat), icbari sığorta növləri üzrə isə 6% azalma (14.6 ilyon manat) müşahidə edilib. Könüllü sığorta növləri üzrə artımın əsas drayveri kimi həyatın yaşam sığortası çıxış edib.
 
Bundan başqa, 2021-ci il ilə müqayisədə sığorta ödənişləri 6% azalaraq 433 milyon manat olub. Könüllü həyat sığorta sinifləri üzrə ödənişlərdə artım olsa da, qeyri-həyat sığorta sinifləri üzrə azalma müşahidə edilib. Belə ki, il ərzində qeyri-həyat sığorta sinifləri üzrə ödənişlər 15% azalaraq 185 milyon manat təşkil edib. Bu azalmanın əsas drayveri qeyri-həyat icbari sığorta sinfi olub.

Sığorta haqlarının yarısından çoxu yaşam (40,9%), avto icbari (11,7%) və tibbi sığorta (11,6 %) üzrə toplanır. Onların əsas sığorta siniflərinin ümumi haqlarda payı 64% təşkil edib”.

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • 09:31

    Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
  • 09:06

    Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
  • 08:00

    Lerikdə zəlzələ olub
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
Menyu