http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Qəbələdə kənd təsərrüfatı nəhəngi New Holland festivalı keçirilib

18 İyul 2023 , 10:36
Qəbələdə kənd təsərrüfatı nəhəngi New Holland festivalı keçirilib

4 iyul 2023-cü il tarixində Qəbələ rayonunda “New Holland” kənd təsərrüfatı texnikalarının festivalı keçirilmişdir.

"Operativ Media" xəbər verir ki, festivalın keçirilmə məqsədi kənd təsərrüfatı sahəsində dünyanın lider brendlərindən olan “New Holland” traktorlarını ölkəmizdə yerli fermerlər üçün əlçatan etməkdir. Bu məqsədlə festivala Azərbaycanın müxtəlif bölgələrindən fermerlər dəvət edilmişdir. Festivalda “New Holland” şirkətinin nümayəndəsi Jan Hendrik Albertus “New Holland” traktorlarının müxtəlif modellərinin xüsusiyyətləri və sahədə işləmə prinsipləri barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Tədbir zamanı dünyaca məşhur “New Holland” traktorlarının müxtəlif modelləri iştirakçılara təqdim edilmiş, texnikalar sahədə test edilmiş, fermerlər arasında şum yarışı keçirilmiş və torpağı ən yaxşı şumlayan fermerə hədiyyə təqdim edilmişdir. Tədbirdə sual-cavab formatında əyləncəli yarış keçirilmiş və qaliblər hədiyyələrlə təltif edilmişdir. Tədbirin gedişində uşaqlar üçün şou-proqam təşkil edilmiş, daha sonra gənc nəslin sevimlisi “Dervish Band” musiqi qrupunun konsert proqramı başlamış və sonda festival dj musiqi proqramı ilə başa çatmışdır.
Festivalda “New Holland” “CX6.90” modelli kombayn, “T7060”, “T6090”, “TD5.110”, “T4.95”, “T3.75F”, “TT3.50” modelli traktorlar, həmçinin türk və italyan aqreqatları da iştirakçılara təqdim edilmişdir. “New Holland”ın müxtəlif təyinatlı bu modelləri müasir eksteryer və interyer dizaynı, dözümlü mexanizmi, çoxfunksiyalı idarəetmə paneli, komfortlu kabini ilə fermerlərə sahədə əvəzolunmaz imkanlar təklif edir.
Ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi və kənd təsərrüfatı texnikalarını fermerlərə əlçatan etmək məqsədilə "New Holland"ın Azərbaycandakı rəsmi nümayəndəliyi mütəmadi olaraq ölkənin müxtəlif bölgələrində sahə günləri və kənd təsərrüfatı festivallarını təşkil etməyi planlaşdırır.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 10:36

    Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb
  • 10:05

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:45

    Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
  • 09:31

    Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
  • 09:06

    Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
  • 08:00

    Lerikdə zəlzələ olub
Menyu