http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Avropanın daha bir ölkəsi Azərbaycan qazı ilə isinəcək - TƏHLİL

19 İyul 2023 , 12:59
Avropanın daha bir ölkəsi Azərbaycan qazı ilə isinəcək - TƏHLİL

Macarıstana qaz nəqlinin başlanması Azərbaycanın daha bir etibarlı bazara çıxışı deməkdir.
Macarıstanın "MVM CEEnergy Zrt." şirkəti bəyan edib ki, Azərbaycandan qazın tədarükünə 2023-cü ilin dördüncü rübündən başlayacaq. İlkin olaraq 100 milyon kubmetr qaz nəql ediləcək. 

"Operativ Media" xəbər verir ki, bu Azərbaycan qazının daha bir ölkəyə çatdırılması deməkdir. Təkcə Avropanın cənubu deyil, şərqi və mərkəzi də Qafqaz ölkəsinin qazı ilə isinəcək. Avropa nəzərə alır ki, bir neçə aydan sonra soyuq havalar başlayacaq. İndidən qaz tədarükləri aparılmalıdır. Qitənin qaz anbarları doldurulmalıdır. Rusiya qazının təzyiqi isə Ukraynadakı müharibəyə görə təzyiqsizdir. Belə bir məqamda Azərbaycan qazının daha bir Avropa ölkəsi olan Macarıstanda alovlanması ürəklərə istilik gətirəcək. Digər tərəfdən nəzərə alınmalıdır ki, Macarıstan qazı bu ilin 4-cü rübündə alacaq. Bu da təsadüfi deyil. Həmin vaxt havalar soyuyacaq və qaza təlabat da çoxalacaq. 

Azərbaycan tərəfə baxdıqda görürük ki, gələn xəbərlər ölkənin enerji bazarlarının şaxələndirilməsi siyasətinə uyğundur və bu siyasət məntiqi ardıcıllıqla davam etdirilir. Məsələn indiyə kimi Azərbaycan qazını Yunanıstan, Bolqarıstan, İtaliyaya nəql edirdi. Bu bazarlar kifayət qədər böyük bazarlardır. Lakin, bir neçə bazardan asıllılıq müasir dünyada riskli ola bilər. Xüsusən də enerji ixraxı 10 illiklərə hesablanır. Bu baxımdan yeni bazarlara çıxış imkanlarının dəyərləndirilməsi Azərbaycan qazı üçün daimi bazarın mövcudluğuna gətirib çıxarır.

Xatırladaq ki, Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünə 31 dekabr 2020-ci ildə başlayıb. Trans-Adriatik Boru Kəmərinin (TAP) ilkin buraxılış gücü 20 milyard kubmetrədək genişləndirilmə potensialı ilə ildə 10 milyard kubmetr təşkil edir.


Samir Cabbarov 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 11:08

    Şəmkirdə qanunsuz tikili sökülüb
  • 10:41

    Son sutkada Qəzzada 44 nəfər həlak olub
  • 10:36

    Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb
  • 10:05

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:45

    Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
  • 09:31

    Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
Menyu