http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Vüqar Bayramov: "Gələn il 58 rayon və şəhər mərkəzləşdirilmiş xərclərdən vəsait almayacaq"

05 Noyabr 2022 , 16:44
Vüqar Bayramov: "Gələn il 58 rayon və şəhər mərkəzləşdirilmiş xərclərdən vəsait almayacaq"

"2023-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il dövlət büdcəsindən cəmi 8 rayona vəsait ayrılacaq. 58 rayon və şəhər gələn il yerli gəlir və xərcləri tənizmləmək üçün mərkəzləşdirilmiş xərclərdən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək."

"Operativ Media" xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsindən bu il 14 rayon vəsait alır. Gələn il həmin rayonlardan altısı özünü maliyyələşdirmə prinsipi ilə işləməli olacaqlar:

"Layihəyə əsasən, Cəbrayıl (dövlət büdcəsindən 1 milyon 521 min manat ayrılacaq), Xocavənd (1 milyon 367 min manat), Xocalı (1 milyon 168 min manat), Kəlbəcər (2 milyon 347 min manat), Laçın (1 milyon 797 min manat), Lerik (1 milyon 161 min manat), Yardımlı (2 milyon 184 min manat) və Zəngilan (761 min manat) gələn il dövlət büdcəsindən vəsait ala biləcəklər. Dövlət büdcəsindən rayonlara gələn il cəmi 12 milyon 306 min manat vəsait ayrılacaq. Ağdam (dövlət büdcəsindən bu il 4 milyon 980 min manat nəzərdə tutulub), Balakən (1 milyon 612 min manat), Goranboy (2 milyon 156 min manat), Qax (5 miyon 476 min manat), Oğuz (2 milyon 484 min manat) və Zərdab (2 milyon 917 min manat) bu il dövlət büdcəsindən vəsait alsalar da belə 2023-də bu rayonlara pulun verilməsi nəzərdə tutulmayıb."

Vüqar Bayramov həmçinin bildirib ki, gələn il büdcədən vəsait alacaq 8 rayonun altısı Qarabağ və Şərqi Zəngəzirda yerləşir. Özünü maliyyələşdirəcək rayonların sayının artması dövlət büdcəsindən asılılığın aradan qaldırlması baxımdan vacibdir. Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, həmin rayonlara daha çox sərmayə cəlbinin təşviq edilməsi vacibdir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
Menyu