http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Suraxanı rayonunda avqust-sentyabr aylarında 222 nəfər saxlanılıb

01 Oktyabr 2022 , 10:49
Suraxanı rayonunda avqust-sentyabr aylarında 222 nəfər saxlanılıb

Suraxanı rayonunda avqust-sentyabr aylarında keçirilən əməliyyatlar zamanı
narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası ilə məşğul olan, silsilə oğurluq,
quldurluq və cibgirlik cinayətləri edən 222 nəfər saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqust-sentyabr ayları ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, quldurluq və cibgirlik cinayətləri edən ümumilikdə 222 nəfər saxlanılıb. Həmin şəxslərdən 188-i narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Narkotiklə bağlı saxlanılan şəxslərdən 110-nu barəsində məhkəmə tərəfindən həbs, 78-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 12 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Qaraçuxur, Əmircan və Bülbülə qəsəbələrində yerləşən evlərdən, mağazalardan pul, qızıl-zinət əşyaları və su sayğacları oğurlayan, habelə quldurluq törədən 34 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 51 obyekti qarət etdikləri müəyyən edilib.
Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Paşinyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır

Borrell Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırıb

Borrell Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırıb

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu