http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçirilib-YENİLƏNİB

08 Noyabr 2022 , 09:00
Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçirilib-YENİLƏNİB

7 noyabr 2022-ci il tarixində Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüb. Görüşün baş tutduğu Blair House-da, nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə görüşü də keçirilib.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, Nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd edib. Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq edib.

 

Onlar danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəlib.

 

Hər iki nazir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə təşəkkürünü bildirib.

 

***

 

Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ABŞ dövlət katibi Entoni Blinkenlə üçtərəfli görüşü başlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "Twitter" paylaşımında deyilir.

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ABŞ dövlət katibi Entoni Blinkenlə üçtərəfli görüşü başlayıb”, - deyə paylaşımda bildirilir.

***
 

18:42

ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanın geniş tərkibli görüşü başlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "Twitter"də məlumat yayıb.

"Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın ikitərəfli görüşü başlayıb", - məlumatda bildirilib.

OXŞAR XƏBƏRLƏR
Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb

Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb

Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb

Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

XƏBƏR LENTİ
  • 07:11

    Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşüb
  • 07:02

    Komitə Blinkeni Konqresə hörmətsizlikdə ittiham edən qətnaməni təsdiqləyib
  • 06:54

    Azərbaycan ağırlıqqaldıranları dünya birinciliyində çıxışlarını başa vurublar
  • 06:29

    Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri ilə görüşüb
  • 06:19

    Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib
  • 06:11

    Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb
  • 06:01

    ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb
    ADB Azərbaycanın 2024-2025-ci illər üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb
  • 05:46

    Azərbaycan və İran XİN rəhbərləri Bakı ilə İrəvan arasındakı sülh sazişini müzakirə ediblər
    Azərbaycan və İran XİN rəhbərləri Bakı ilə İrəvan arasındakı sülh sazişini müzakirə ediblər
Menyu