http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

“Azərbaycan Hava Yolları” və “Buta Airways” birləşir

28 İyul 2023 , 12:01
“Azərbaycan Hava Yolları” və “Buta Airways” birləşir

2023-cü ilin oktyabr ayında “Azərbaycan Hava Yolları” və “Buta Airways” vahid AZAL brendi altında birləşəcək.

Birləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlərimiz üçün sərfəli tariflərlə səyahət etmək imkanlarını daha da genişləndirəcək, eləcə də müştərilərimizin səyahətlərini rahat planlamasını və onlara göstərilən xidmət səviyyəsində artımı təmin edəcək.

"Operativ Media" xəbər verir ki, “Buta Airways”ə məxsus bütün reyslər birləşmədən sonra da hazırda mövcud olan eyni sərfəli qiymətlərlə, lakin daha üstün xidmət səviyyəsi ilə vahid AZAL brendi altında təklif olunacaq. İl ərzində müxtəlif güzəşt kampaniyaları da davam etdiriləcək.

Sərnişinlər üçün aviadaşımaları daha da əlçatan etmək üçün AZAL bütün reyslərində yeni “Buta Budget” baqajsız tarifi təklif edəcək. Bundan əlavə, bütün tariflərə (“Buta Budget” istisna olmaqla) əl yükü daxil ediləcək və baqajın daşınması norması artırılacaq. Həmçinin sərnişinlərimizə yenilənmiş menyu təqdim ediləcək.

İstiqamətdən asılı olmayaraq bütün reyslərin biletlərini vahid www.azal.az internet saytı üzərindən və AZAL mobil tətbiqi vasitəsilə bron etmək və ödənişi həyata keçirmək mümkün olacaq. Hər iki aviaşirkətin birləşməsi və yeni daşınma şərtləri ilə bağlı ətraflı məlumat həmçinin AZAL-ın rəsmi saytında və sosial şəbəkə hesablarında ictimaiyyətə təqdim olunacaq.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 23:50

    ABŞ-də atışma olub
  • 23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • 23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • 22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • 21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • 21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu