http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Belçika şirkəti TAP-da payını artırır

28 İyul 2023 , 12:57
Belçika şirkəti TAP-da payını artırır

Belçikanın "Fluxys" şirkəti Trans-Adriatik boru kəməri (TAP) konsorsiumunda payının artırılması üzrə saziş bağlayıb.

"Operativ Media" xəbər verir ki,  "Fluxys" 2023-cü il iyulun 25-də "Axpo"nun səhmlərinin 1 faizinin satın alınması üzrə saziş bağlayıb.

Xatırladaq ki, bu ilin yanvar ayında "Axpo" Trans-Adriatik boru kəmərindəki 5 faiz payını səhmdarlar "Fluxys" və "Enagas S.A"a satmağa qərar verib. Alqı-satqı müqaviləsinə əsasən Belçikanın "Fluxys" şirkəti "Axpo"nun səhmlərinin 1%-ni, İspaniyanın "Enagás" şirkəti isə 4%-ni əldə edib. Beləliklə, hər iki şirkət bp (20%), SOCAR (20%) və Snam (20%) şirkətlərinin daxil olduğu TAP konsorsiumunda 20% səhmə sahib olublar.

Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • 23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • 22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • 21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • 21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
  • 19:48

    Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib
Menyu