http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Hesablama Palatası ilə İsrailin Ali Audit Orqanları arasında memorandum imzalanacaq

28 İyul 2023 , 15:34
Hesablama Palatası ilə İsrailin Ali Audit Orqanları arasında memorandum imzalanacaq

Azərbaycan müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən İsrail-Azərbaycan əlaqələri daha da möhkəmlənib, iki ölkə arasında diplomatik əlaqələr qurulub və həmin əlaqələr bu gün də uğurla davam etməkdədir. Hazırda Azərbaycan İsrail dövləti ilə demək olar ki, bütün sahələrdə səmərəli əməkdaşlıq edir. Bu gün Bakıda Auditorlar Palatası ilə İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu arasında əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq fəaliyyətinə nümunə olmaqla, tərəflər arasında yaranan əlaqələrin inkişaf etdiyinin göstəricisidir.

"Operativ Media" xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Qeyd edib ki, Hesablama Palatası olaraq, biz də İsrail ali audit orqanı ilə əməkdaşlıqda maraqlı olduğumuzu ifadə etmişik. İki ölkənin Ali Audit Orqanları (AAO) arasında memorandumun imzalanması yaxın gələcək üçün gündəlikdə duran məsələlərdəndir. Razılaşma çərçivəsində dost AAO ilə dövlət sektorunda auditə dair metodologiyaların, sənədlərin bölüşülməsi, paralel auditlərin keçirilməsi ilə yanaşı, auditor peşəsinin inkişafı və kadr hazırlığı sahəsində əməkdaşlığı da nəzərdə tuturuq.

Əldə etdiyimiz məlumatlar İsraildə ictimai (dövlət) sektoru üzrə maliyyə hesabatlarının çərçivəsinin İPSAS-a (ictimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarına) əsaslandığını, standartlara keçidin 2000-ci illərin ortasında başlanıldığını, konsolidə edilmiş maliyyə hesabatlarının İsrail ali audit orqanı tərəfindən yoxlanıldığını, Hökumət üzrə konsolidə edilmiş maliyyə hesabatının olduğunu deməyə əsas verir. Bu sahələr AAO-larımız arasında əlaqələrinin inkişaf etdirilməsi üçün zəmin yaradır.

"Maliyyə sahəsində, o cümlədən audit və mühasibat uçotu ilə bağlı kadr potensialının gücləndirilməsi dövlət maliyyəsinin idarəedilməsi üzrə islahatların uğurla reallaşdırılmasına xidmət edir. Bu gün ölkəmizdə bu sahə üzrə vacib çağırışlardan biri də dövlət sektorunun maliyyə hesabatlılığında beynəlxalq standartlara keçid və hesablama metodunun əhatəsinin genişləndirilməsi ilə bağlıdır", - V.Gülməmmədov diqqətə çatdırıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • 23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • 22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • 21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • 21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
  • 19:48

    Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib
Menyu