http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İqtisadiyyat Nazirliyi AIIB ilə perspektiv layihələri müzakirə edib (FOTO)

28 İyul 2023 , 19:43
İqtisadiyyat Nazirliyi AIIB ilə perspektiv layihələri müzakirə edib (FOTO)

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə Cənub Qaz Dəhlizi layihəsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yol infrastrukturu və digər nəqliyyat-tranzit və logistika layihələri çərçivəsində əməkdaşlığı müzakirə edib.

“Operativ Media” xəbər verir ki, müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Bakıda səfərdə olan AIIB-in vitse-prezidenti Konstantin Limitovski ilə keçirilən görüşdə baş tutub.

E. Əliyev Azərbaycanın 2016-cı ildən Banka əməkdaşlıq etdiyini və ölkəmizin bu tərəfdaşlığa önəm verdiyini bildirib. AİİB-in “yaşıl” və dayanıqlı gələcəyin təmin olunması istiqamətində fəaliyyətini, həmçinin üzv ölkələrə güclü iqtisadiyyat qurmaqda dəstəyinin əhəmiyyətini vurğulayıb.

K. Limitovski təmsil etdiyi qurumun Asiya regionunda iqtisadi artımın stimullaşdırılması və infrastrukturun inkişafı istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb, Bankın Azərbaycanla səmərəli əməkdaşlığını qeyd edib, tərəfdaşlığın inkişafı imkanları barədə fikirlərini bölüşüb.

Görüşdə tərəflər arasında potensial əməkdaşlığın əsas istiqamətləri, AIIB-in Azərbaycanda gələcək fəaliyyət prioritetləri, o cümlədən “yaşıl enerji” və infrastrukturun inkişafı üzrə perspektiv layihələr haqqında müzakirələr aparılıb.

Xatırladaq ki, Baş ofisi Çin Xalq Respublikasının Pekin şəhərində yerləşən və nizamnamə kapitalı 100 milyard ABŞ dolları olan Asiya İnfrastruktur İnvestisiya Bankı 2014-cü ildə yaradılıb və dünyanın 106 ölkəsindən səhmdarları mövcuddur. Azərbaycan 24 iyun 2016-cı ildən Bankın üzvüdür. Bank əsasən Asiya regionunda iqtisadi artımın stimullaşdırılması və infrastruktura bağlı layihələrin maliyyələşdirilməsini həyata keçirir. Kənd təsərrüfatının və infrastrukturunun inkişafı, enerji təchizatı, ətraf mühitin mühafizəsi, nəqliyyat və telekommunikasiya, su təchizatı və kanalizasiya, şəhərsalma və logistik mərkəzlərin yaradılması Bankın fəaliyyətində prioritet istiqamətlərdir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu