http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Uşaqların iştahasını artırmağın yolları – Pediatr məsləhəti

29 İyul 2023 , 12:38
Uşaqların iştahasını artırmağın yolları – Pediatr məsləhəti

Valideynlərin son zamanlar şikayətlərinin çoxu uşaqlarının iştahasının olmaması ilə bağlıdır. Lakin az yemək və ya seçici yemək uşağın qeyri-sağlam olduğu mənasına gəlmir. Hərçənd onları həddindən artıq qidalanmağa məcbur etmək də  artıq piylənməyə gətirib çıxaracaq ki, bu da əlavə bir problemdir. 

Bəs uşaqların istahasızlığı nə ilə əlaqədardır və qidalanma prosesi necə həyata keçirilməlidir?

Bu barədə pediatr-endokrinoloq Sevda Novruzova “Operativ Media”ya bildirib ki, bunun müxtəlif səbəblərinə qan azlığı, qurd invaziyaları aid ola bilər ki, bununla bağlı uşaqlar müəyyən müayinələrdən keçirilməlidirlər.

O qeyd edib ki, uşaqların iştahının artırılması və düzgün qidalanması üçün onlara mütləq vitamin və minerallarla zəngin olan ərzaqlar verilməlidir.

“Meyvə və tərəvəzlərə, süd və süd məhsullarına, yumurta, ət kimi qidalara üstünlük verilməli, karbohidratlı məhsullara isə qida rasionunda nisbətən daha az yer verilməlidir. Xəmir və fəstfud yeməklərin, şirniyyatların, qazlı içkilərin  qidalanmada az yer tutması, hətta menyudan çıxarılması daha məqsədəuyğundur. Azyaşlı uşaqların gün ərzində 3 dəfə, daha böyük uşaqların isə 4 dəfə  qidalanması vacibdir.  Yeməklərarası fasilədə əlavə qidaların verilməsi uyğun deyil. Belə halda onların normal iştahını təmin etmək və artıq piylənmənin də qarşısını almaq olar”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 14:18

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2
  • 14:17

    Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir
  • 14:10

    Türkiyə MN Azərbaycanı təbrik edib
  • 14:05

    Bakı-Qazax avtomobil yolunda qəza olub, ölən var
  • 13:51

    Media: Avropa Komissiyasının rəhbəri Ukraynaya 35 milyard avro kredit elan edəcək
  • 13:42

    Zaxarova: Moskva İrəvanla dialoqun tərəfdarıdır
  • 13:40

    ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq
  • 13:32

    Kişi və qadın şahmatçılarımız fərqli rəqiblərlə qarşılaşacaqlar
Menyu