http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“Threads”dən azərbaycanlı istifadəçilər niyə sürətlə uzaqlaşırlar?

31 İyul 2023 , 14:22
“Threads”dən azərbaycanlı istifadəçilər niyə sürətlə uzaqlaşırlar?

“Twitter”ə alternativ olaraq yaradılan “Threads” sosial şəbəkəsi ani bir müddətdə dünyanın dörd bir tərəfində populyarlaşdı. Yüklənmə rekordları qıran platformaya Azərbaycanda da maraq böyük idi. Lakin qısa müddət sonra insanlar artıq bu platformadan uzaqlaşdı. 

“Operativ Media”ya açıqlama verən informasiya texnologiyaları üzrə mütəxəsis Fərhad Mirəliyevin fikrincə, bu platforma əksər azərbaycanlı üçün deyildi. 

“Müxtəlif sosial şəbəkələr müxtəlif ölkələrdə populyarlıq qazanır. Elə olur ki, bir ölkədə populyar olur digərində uğur qazanmır. Bunun bir çox səbəbi var. Bir səbəb odur ki, sosial şəbəkənin həmin ölkənin psixologiyasına, mentalitetinə nə dərəcədə yaxın olması önəmlidir. “Threads” in Azərbaycanda böyük populyarlıq qazanması planlaşdırılan deyildi. “Threads”  mikrobloqlar xidmətidir. Biz bilirik ki, “Threads” “Twitter”in analoqu olaraq yaradılıb. Öz növbəsində “Twitter” digər sosial şəbəkələrə nisbətən Azərbaycanda o qədər də populyarlıq qazanmayıb. Mikrobloq məlumat ötürməyin mobil üsuludur. Bloqun bir növü hesab edilir. 2006-cı ildə yaradılan “Twitter”də istifadəçilər özlərinə aid məlumatları paylaşa bilirlər, digər məlumatları sürətli yaymaq üçün istifadə edirlər".

Fərhad Mirəliyevin sözlərinə görə, Azərbaycanda “İnstagram” və “Tiktok”un geniş yayılmasının səbəbi yerli auditoriyanın bu platformalar üçün daha rahat kontent hazırlamasıdır.

“Azərbaycanlı istifadəçilər ən çoxu meyilləndi “insta bloger” olmağa , “tiktoker” olmağa . Mikroblogerlikdə isə özlərini tapa bilmədilər. Bu sosial şəbəkə özü ruhuna görə bizim istifadəçilərdən uzaqdır. Necə ki, “Twitter” uzaqdır. Biz deyə bilmərik ki, “Twitter” uğursuzdur. Sadəcə olaraq bir azərbaycanlıya oturduğu restoranda yediyi yeməyi paylaşmaq onun ruhuna daha yaxındır, nəinki, müəyyən simvol limiti olan mikrobloqlar xidmətində fikir, status yazmaq, müzakirə açmaq”.

Ekspertin fikrincə, “Threads” bir çox ölkədə “Twitter” səviyyəsinə çatacaq və populyarlaşacaq. Lakin bu proses bütün ölkələrdə deyil, sadəcə müəyyən ölkələrdə baş verəcək .

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu