http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 17 % artıb

01 Avqust 2023 , 09:53
İpoteka və Kredit Zəmanət Fondunun mənfəəti 17 % artıb

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bu ilin I yarısını 11,578 milyon manat mənfəətlə başa vurub.

"Operativ Media" Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 17,1 % çoxdur.

Yanvar-iyun aylarında İKZF-nın faiz gəlirləri 37,817 milyon manat (illik müqayisədə 21,2 % çox), faiz xərcləri 20,805 milyon manat (24,8 % çox), gözlənilən kredit zərəri 475 min manat (24,6 % az), haqq və komissiya gəlirləri 635 min manat (13,6 % az), haqq və komissiya xərcləri 861 min manat (42,5 % çox), digər gəlirləri 661 min manat (12,4 % çox), insan resursları üzrə xərcləri 3,001 milyon manat (25 % çox), inzibati və digər xərcləri isə 2,393 milyon manat (4,3 % çox) təşkil edib.

Bu il iyulun 1-nə İKZF-nın aktivləri 2 542,149 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,5 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 20,9 % artaraq 1 480,805 milyon manata, balans kapitalı isə 10,8 % artaraq 1 061,344 milyon manata, o cümlədən nizamnamə kapitalı 11,9 % artaraq 893 milyon manata çatıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu