http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Fəxrəddin Altun: "Türkiyə Azərbaycana dəstək verməyə davam edəcək"

08 Noyabr 2022 , 22:13
Fəxrəddin Altun: "Türkiyə Azərbaycana dəstək verməyə davam edəcək"

Azərbaycanın tarixi torpaqlarının erməni işğalından azad edildiyi dövrdə Türkiyə qardaş ölkəyə təkcə siyasi, müdafiə və ictimai sahədə deyil, informasiya sahəsində də fəal dəstək verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun çərşənbə axşamı Ankarada Azərbaycanın 2020-ci ildə 44 günlük müharibədə əldə olunan qələbəsinin ikinci ildönümünə həsr olunan konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın atdığı koordinasiyalı addımlar sayəsində Ermənistan və erməni lobbisi tərəfindən yayılan dezinformasiyanın təsiri minimuma endirilib ki, bu da Cənubi Qafqaz həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına imkan verib.

O qeyd edib ki, erməni lobbisi indi də Cənubi Qafqazın mənzərəsini təhrif etməyə, ermənilərin işğal zamanı törətdikləri cinayətlər barədə məlumatları arxa plana keçirməyə və Azərbaycanın imicinə zərbə vurmağa çalışır:

"Azərbaycan və türk dünyası ermənilərin cinayətlərini unutmayacaq. Azərbaycan övladlarının qəhrəmanlığı sayəsində tarixi ədalət bərpa olundu. Türkiyə Azərbaycanı dəstəkləmək üçün, o cümlədən informasiya sahəsində, əlindən gələni etməyə davam edəcək. Qarabağ azaddır və bir daha işğal altında olmayacaq!"

OXŞAR XƏBƏRLƏR
Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb

XİN Malini təbrik edib

XİN Malini təbrik edib

XƏBƏR LENTİ
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Menyu