http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İşsizlikdən Sığorta Fondunun xərcləri artır

01 Avqust 2023 , 13:57
İşsizlikdən Sığorta Fondunun xərcləri artır

Bu ilin yanvar-iyun aylarında İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 95,8 milyon manat olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyini açıqladığı “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilir.

Sənəddə deyilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16 % çoxdur.

Hesabat dövründə Fondun büdcəsinin xərcləri 79,7 milyon manat olub ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur.

Xatırladaq ki, Fonda işsizlikdən sığorta üzrə işçinin əmək haqqının 0,5 %-i, sığortaedən tərəfindən isə hesablanmış əməyin ödənişi fondunun 0,5 %-i sığorta haqqı ödənilir. Sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əmək haqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır. Başqa sözlə, işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əmək haqqının məbləğinin 50 %-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55 %, sığorta stajı 10 ildən yuxarı olduqda 60 % məbləğində işsizliyə görə aylıq sığorta ödənişi verilə bilər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu