http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 17 ° C

Yeni Azərbaycan peykinin orbitə buraxılmasına əlavə vəsait ayrılacaq

01 Avqust 2023 , 18:25
Yeni Azərbaycan peykinin orbitə buraxılmasına əlavə vəsait ayrılacaq

Azərbaycan dövlət büdcəsindən "AzerSky-2" peykinin buraxılmasına əlavə vəsait ayrılacaq.

"Operativ Media" xəbər verir ki, dövlət büdcəsində 2023-cü il üçün nəzərdə tutulan vəsaitdən beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycanın payının, o cümlədən "Azərkosmos" ASC-nin nizamnamə kapitalının artırılmasına 297,5 milyon manat vəsait ayrılacaq.

Qeyd edək ki, 2023-cü il üçün nəzərdən keçirilən dövlət büdcəsinin xərcləri 36,624 milyard manatdan yuxarıdır ki, bu da daha əvvəl təsdiqlənmiş göstəricidən 9,8 faiz çoxdur. 2023-cü il üçün nəzərdən keçirilən dövlət büdcəsinin gəlirləri isə 33,89 milyard manatdan yuxarıdır ki, bu da daha əvvəl təsdiqlənmiş göstəricidən 10,1 faiz çoxdur.

Xatırladaq ki, 2023-cü ilin aprel ayında "Azərkosmos" ASC-yə məxsus "AzerSky" Yeri məsafədən zondlama peyki öz missiyasını nəzərdə tutulan istismar müddətindən bir il tez başa vurub.

Bundan əvvəl Azərbaycanın yeni peykinin orbitə təqribən 2025-2026-ci illərdə buraxılacağı deyilmişdi.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu