http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Peyvənd hepatitə qarşı effektivdirmi?

02 Avqust 2023 , 17:08
Peyvənd hepatitə qarşı effektivdirmi?

Hepatit qaraciyərin iltihablanmasıdır. Hepatit A, B və ya C virusu ilə yaranan eyniadlı xəstəliklər dünyada çox yayılıb. Müxtəlif peyvəndlər vasitəsilə yoluxmasının qarşısı alınan hepatit müalicə edilmədikdə sirroza və ya qaraciyər xərçənginə səbəb ola bilir.

Qastroenteroloq həkim Gülnarə Ağayeva “Operativ Media”ya açıqlamasında qeyd edib ki, B və C hepatit viruslarının  hər ikisi qan vasitəsilə xəstə birindən sağlam insana keçə bilir, lakin yoluxma yolları fərqlidir. 
“Hepatit B virusu həm qan vasitəsilə, həm cinsi yolla, həm də qadın xəstə və hamilədirsə, onun bətnində olan dölə keçmə ehtimalı çox yüksəkdir. C hepatiti isə çox hallarda qan vasitəsilə keçir, cinsi yolla və hamiləlik zamanı keçmə ehtimalı 1%-dən aşağıdır. B viruslu hepatit bədənə qaraciyərin hüceyrələrindən daxil olur, qaraciyər hüceyrəsinin nüvəsində çoxalmağa başlayır və bu inkişafın nəticəsində hüceyrə dağılır, çapıq kimi sərt bir toxuma ilə əvəz olunur. İllər keçdikcə çapıqlar birləşir və qaraciyərdəki toxuma sağlam hüceyrələrdən deyil, birləşdirici toxumadan ibarət olur ki, bu vəziyyət “tozlaşma” adlanır. Xəstəlik davam edirsə, tozun fonunda qaraciyər xərçəngi yarana bilər. Hepatit virusları uzun illər boyunca heç bir əlaməti olmadan davam edir və xəstəni bir o qədər narahat etmir. Simptonlarından yalnız halsızlıq və arabir köp müşahidə oluna bilər. Bunlar xəstəni həkimə yönəldən şikayətlər deyil deyə həkimə müraciət etmirlər və xəstəlik uzun illər həmin xəstənin bədənində inkişaf edir. Sonda  terror mərhələsində qarnına su yığılsa, damarlarında qanaxma olsa, komaya düşsə və hər hansı ciddi fəsadlar yaransa, aşkar oluna bilər".

Həkim qeyd edib ki, hepatitin müsbət cəhəti onun strukturunun dəyişməməsidir.

“Alimlərin viruslu hepatitə qarşı yaradılan peyvənd sayəsində möhkəm və sağlam müdafiə yaradıblar. Peyvənd vurulan adam viruslu hepatit xəstəsi ilə təmasda olsa da,  bədənində kifayət qədər müdafiə hüceyrələri əmələ gəlir və virusun inkişafının qarşısını alır. C hepatitinin fərqi ondadır ki, çox dəyişkən bir virusdur. Bir neçə genotipi var və onların hər biri daha bir neçə subgenotiplərə bölünərək davam edir. Son illərdə C viruslu hepatit əleyhinə peyvənd yaradılması üzərində çalışılır. Hazırdakı virus əleyhinə müalicə çox asan və qısamüddətlidir və müvəffəqiyyətlə öz xəstələri müalicə edib sağaltmaq mümkündür. 

G. Ağayeva bildirib ki, B hepatitinin müalicəsi uzunmüddətlidir və tam sağalma nadir hallarda baş verir, lakin bu istiqamətdə də tədqiqatlar aparılır".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 14:18

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB 2
  • 14:17

    Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir
  • 14:10

    Türkiyə MN Azərbaycanı təbrik edib
  • 14:05

    Bakı-Qazax avtomobil yolunda qəza olub, ölən var
  • 13:51

    Media: Avropa Komissiyasının rəhbəri Ukraynaya 35 milyard avro kredit elan edəcək
  • 13:42

    Zaxarova: Moskva İrəvanla dialoqun tərəfdarıdır
  • 13:40

    ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq
  • 13:32

    Kişi və qadın şahmatçılarımız fərqli rəqiblərlə qarşılaşacaqlar
Menyu